Ədəbiyyat portalına xoş gəldiniz. Ədəbiyyat, bəşəri tarixin bu günə kimi yaratmış olduğu ən böyük sənət qollarından biri, bəlkə də birincisidir. Insanların düşünməyə, danışmağa, sözlərdən düzgün olaraq ifadə etməyə başladığı bir dövrdən yol alaraq bu günkü yüksək səviyyəyə gəlib çatmışdır ki, bu sənətin fədakarları arasında dünya tarixinin unudulmaz, əvəz edilməz, daima ehtiyac duyulan sənətkarları, dahiləri vardır.
Rəsmi yazı və ifadənin əksinə mənalandırdığı məhfumu bütün özünə məxsus tərəfləriylə ifadə etməklə yanaşı insan şüurunun dərin qatlarının təsilənmə səviyəsinə uyğun olaraq öz daxili qatlarını inkişaf etdirib, bəşəriyyətə öncü olmağa, daha doğrusu əsrlərin sınağından çıxmış həyat tərzinin yetişdirmiş olduğu ideyaları ümumiləşdirib, bədii vasitəylə cəmiyyətə aşılamağa, sevdirməyə, düzgün yola işıq tutmağa çalışmışdır. Qəti məlumdur ki, insanların indiki şüur, psixoloji, duyğu, düşüncə amillərincə yetişməsində ədəbiyyatın əvəzsiz rolu olmuşdur.
