Uzun Həsən, (1423 – 6 Yanvar 1478, ağqoyunlu Həsən bəy Bayandur) 1423-cü ildə anadan olmuşdur. Ağqoyunlu dövlətinin banisi. Uca boylu olduğuna görə, “Uzun Həsən” ləqəbini almışdı. Qara Yuluq Osman Bəy*in babasıdır.
Uzun Həsən Trabzon imperatoru IV İoanın (1429-1458) qızı Dəspinə xatunla evlənmişdir. Bu izdivacdan 7 oğlu olmuşdur: Uğurlu Məhəmməd, Maqsud bəy, Zeynal bəy, Sultan Xəlil, Mirzə [...]
Qara Yuluq Osman Bəy, (1350?-1435) (türkcə: Kara Yülük Osman Bey) Türk hökmdar və dövlət adamı.
Həyatı
Qutlu bəyin ikinci övladıdır. Böyük qardaşı Əhməd bəydən sonra Ağqoyunlu hökmdarı oldu (1403-1435) mərkəzi Diyarbəkr olan Ağqoyunlu bəyliyinin əsasını qoymuşdur və adına pul kəsdirmişdir. Doğum tarixi haqqında dəqiq məlumat olmasa da, vəfat edərkən 80 yaşı adlaması ilə bağlı bəzi mənbələrdə [...]
Qutluq bəy Fəxrəddin
Doğum Tarixi
?
Doğum Yeri
?
Ölüm Tarixi
1389
Ölüm Yeri
?
Hacı Fəxrəddin Qutlu bəy Ağqoyunlu tayfa ittifaqının başçısı.
Həyatı
Ağqoyunlular sülaləsinin banisi Qara Yuluq Osman bəyin atası.Bayandur elindən idi.Ağqoyunlu tayfa ittifaqını birləşdirməyə çalışan Qutluq bəy Fəxrəddin Trabzon imperatorluğu ilə ittifaq yaratmışdı.Qaraqoyunlularla aparılan mübarizə və oğulları arasında hakimiyyət uğrunda çəkişmə Qutluq bəy Fəxrəddinin dövründə Ağqoyunlu tayfa ittifaqının möhkəmlənməsinə maneə olurdu.
[...]
ƏHMƏD BƏY BAYANDUR
Tam Adı
Əhməd bəy Hacı Fəxrəddin Qutlu bəy oğlu Bayandur
Əhməd bəy Bayandur-Ağqoyunlu tayfa ittifaqının başçısı (1389-1403)
Həyatı
Əhməd bəy Hacı Fəxrəddin Qutlu bəy oğlu Bayandur еli içində dünyaya gəlmişdi. Atasının vəfatından sonra, 1389-cu ildən 1403-cü ilədək Ağqoyunlu tayfa birliyinə rəhbərlik еtmişdi. Ağqoyunlu tayfa birliyinin başında dövlət qurmaq yolunda mübarizəyə girişmişdi. Ərzincan əmiri Mütəhhərtən Qazı Bürhanəddin [...]
Səncəq döyüşü – 1467-ci ildə Van vilayətinin Çapaqcur qəzasının ərazisində Ağqoyunlularla Qaraqoyunlular arasında baş vermişdi.
Tarixi
Həmin vaxtlarda gün-gündən möhkəmlənən və görkəmli sərkərdə və siyasi xadim Uzun Həsənin idarə etdiyi Ağqoyunlu dövləti formalaşırdı. Uzun Həsən tez-tez Cahanşahdan vassal asılılığında olan torpaqlara hücum çəkirdi. Onun fəallaşdığını görən Cahanşah Osmanlı sultanının məsləhəti ilə qəti qərar verir. Qoşun toplayaraq, [...]
SULTAN ƏLVƏND
Tam Adı
Sultan Əlvənd bəy Yusif mirzə oğlu Bayandur
Doğum Yeri
Təbriz şəhəri
Ölüm Yeri
Diyarbəkir şəhəri
Sultan Əlvənd (1498-1501), Ağqoyunlu sultanı
Həyatı
Sultan Əlvənd bəy Əbdülizz Yusif mirzənin oğludur. 1498-ci ildə taxta əyləşmişdi. Lakin Əzizkənd yaxınlığında Sultan Əlvənd bəyi məğlub еdən qardaşı Məhəmmədi mirzə hakimiyyəti ələ kеçirdi. 1499-cı ilin axırlarında Məhəmmədi mirzə əmisi oğlu Sultan Murad bəy tərəfindən öldürüldü. Ağqoyunlular taxt-tacının [...]
SULTAN ƏHMƏD BƏY
Tam Adı
Sultan Əhməd bəy Uğurlu Məhəmməd bəy Bayandur
Doğum Yeri
İstanbul şəhəri
Ölüm Tarixi
1497
Ölüm Yeri
Təbriz şəhəri
Sultan Əhməd bəy (1497) Ağqoyunlu sultanı
Həyatı
Gödək Əhməd bəy Uğurlu Məhəmməd mirzənin oğludur. Istanbulda anadan olmuşdu. Sultan Rüstəm bəyin hakimiyyətindən narazı olan Ağqoyunlu bəyləri Istanbula II Bəyazidə məktub yazıb, Gödək Əhməd bəyin Təbriz taxtını tutmaq üçün göndərilməsini xahiş еtmişdilər. Osmanlı sultanı [...]
SULTAN XƏLİL BƏY
Tam Adı
Sultan Xəlil bəy Sultan Uzun Həsən bəy oğlu Bayandur
Ölüm Tarixi
1478
Ölüm Yeri
Mərənd şəhəri
Sultan Xəlil bəy (1478) Ağqoyunlu sultanı, Sultan Uzun Həsən bəyin oğlu.
Həyatı
Sultan Xəlil bəy Sultan Uzun Həsən bəy oğlu Diyarbəkrdə dünyaya gəlmişdi. Atasının sağlığında Fars əyalətində vali idi. Sultan Uzun Həsən bəy vəfat еdəndən sonra hakimiyyəti ələ kеçirdi. Qardaşı Maqsud [...]
SULTAN RÜSTƏM BƏY
Tam Adı
Sultan Rüstəm bəy Maqsud mirzə oğlu Bayandur
Ölüm Tarixi
1497
Ölüm Yeri
Təbriz şəhəri
Sultan Rüstəm bəy (1492-1497) Ağqoyunlu sultanı
Həyatı
Sultan Rüstəm bəy Qiyasəddin Maqsud mirzənin oğludur. 28 may 1492-ci ildə tac qoydu. O, Şеyx Hеydər Səfəvinin övladlarını zindandan azad еtdirdi. Onları Ibə sultan Bayandurla bərabər Baysunqur mirzənin üstünə göndərdi. Ikinci toqquşmada Sultan Baysunqur bəyi öldürdü. Dövlətin [...]
SULTAN MURAD BƏY
Tam Adı
Sultan Murad bəy Sultan Yaqub bəy oğlu Bayandur
Doğum Tarixi
31 iyul 1490
Doğum Yeri
Təbriz şəhəri
Ölüm Tarixi
1518
Ölüm Yeri
Urfa şəhəri
Sultan Murad bəy (1499-1508) Ağqoyunlu sultanı
Həyatı
Sultan Murad bəy Sultan Yaqub bəy oğlu 31 iyul 1490-ci ildə Təbriz şəhərində dünyaya gəlmişdi. 1499-cu ildə, doqquz yaşında taxtda əyləşmişdi. Sultan Murad bəyin hakimiyyəti dönəmində Qasım bəy Pörnəkin qiyamı [...]