Şəhidlər Xiyabanı – Bakının Səbail rayonunda (keçmiş 26 Bakı Komissarı rayonu) inzibati ərazi. 1918-ci ildə Bakı uğrunda gedən döyüşlərdə həlak olmuş azərbaycanlı və türk əsgərlərinin basdırıldığı yer. 1924-1990-cı illərdə Xiyaban ləğv edilmiş və bolşeviklər burada əyləncə kompleksləri tikərək adını Dağüstü Park qoymuşdular. 1990-cı ildə Qara Yanvar hadisələrindən sonra ərazi yenidən Şəhidlər Xiyabanı adlandırılmışdır.
Şəhidlər Xiyabanı adlandırmaq [...]
