Görkəmli siyasi xadim və istedadlı sərkərdə Hacı Çələbi tarixə müstəqil Şəki xanlığının yaradıcısı kimi daxil olub. İran şahı Nadir şah Əfşarın tabeçiliyindən birinci çıxan Hacı Çələbi xan olub, hələ onun sağlığında ikən Şəkinin müstəqilliyini elan etmişdir. Nadir şah tərəfindən bu vilayəti idarə etmək üçün təyin olunmuş Məlik Nəcəf ağır vergiləri və hədsiz zülmü ilə əhalini [...]
