Əbdüləli bəy Əmircanov – Azərbaycan Milli Şurasının üzvü, Azərbaycan Cümhuriyyətinin maliyyə naziri.
Həyatı
Əbdüləli Şirəli bəy oğlu 1874-cü ildə Şəki şəhərində anadan olmuşdu. 1888-ci ildə Tiflisdə müəllimlər İnstitutunu bitirdikdən sonra Şəki, Lənkəran və Bakıda müəllim işləmişdi. Teymur bəy Bayraməlibəyovla birlikdə bir çox mədəni-maarif tədbirlərini həyata keçirmişdir.
Əmircanov XX əsrin əvvəllərindən Bakıda müəllim, dövlət idarələrində və müxtəlif şirkətlərdə [...]
