Az-Wikipedia - Azərbaycan Ensiklopediyası » Astrologiya

Əqrəb bürcü
Əqrəb bürcündə doğulan insanlarda amansızlıq, tündməcazlıq və bir qədər də kobudluq olur

Yola saldığımız Tərəzi bürcünə nisbətən, 24 oktyabrdan start götürən “Əqrəb” daha fəal və daha obyektiv keyfiyyətlərə malikdir. Onun Yer iqliminə maksimal dərəcədə təsir etmək gücü var. Təbiətdə baş verən kəskin dəyişikliklər məhz bu zodiakın payına düşür. Yadda saxlamaq lazımdır ki, heç bir bürcdə “Əqrəb”in əhatə etdiyi dövrdəki qədər yağış və külək olmur.

Bu bürcün ünsürü su, planeti Mars və Pluton, düşərli günü çərşənbə axşamı, düşərsiz günü bazar ertəsi, cümə, uğurlu rəngi sarı, tünd-qırmızı, al və moruğu, uğursuz rəngi boz, metalı dəmir və polad, uğurlu daşı akvamarin, rubin, Ay bülluru, topaz, enerji verən çiçəyi qərənfil, pion və xirozentema, uğurlu rəqəmi 4, 5, 8, 9, 10, 66, müxalif bürcü Buğa, talismanı əqrəb, ölüm işarəsi, şanslı ölkələri isə Almaniyanın Bavariya və Saksoniya hissəsi, Norveç, Əlcəzair, İsveç, Mərakeş və Seylondur.

Bu zodiak işarəsi altında dünyaya gələn adamlar öz xüsusiyyətlərinə görə, iki sinfə bölünürlər: mistiklər və materialistlər. Birincilər hər şeyi ilahiyyatla bağlayır, ikincilər isə əsasən, fağır və sakit görünsələr də, öz məqsədləri uğrunda hər şeyə gedirlər. Hətta onlar süst və sıxıntı içində yaşasalar da, özlərinin şəxsi maraqları xatirinə buna dözürlər. “Əqrəb”lər daim narahatlıq hissi keçirən adamlardır. Bu işarə altında dünyaya gələnlər çatışmaz hərəkətlərini, o cümlədən hiyləgərliklərini çox ustalıqla gizlədə bilirlər. Onların nə istədiyini, hansı addımı atacaqlarını özləri deməsə, təyin etmək çətin olur. Yəqin elə bu səbəbdən də orta əsrlərdə “Əqrəb”ləri “əsl sifətini maska altında gizlədən adam” adlandırırdılar.

Əqrəb bürcündə doğulanlar ətraflarında baş verən hadisələrdən tez nəticə çıxarır və özləri üçün ölçü götürməyi ustalıqla bacarırlar. Belələri ətrafda baş verən hadisələri taraz saxlamağa çalışan, xaraktercə qapalı və küskün adamlardır. Onların psixoloji dəyanəti və bol enerjisi imkan verir ki, dağı dağ üstünə qoysunlar. Buna baxmayaraq, “Əqrəb”lərin çatışmazlaqları da kifayət qədərdir. Belə ki, onların məsuliyyətsiz addımları ucbatından nəinki özləri, hətta ətrafındakılar da zaman-zaman əziyyət çəkirlər. Hisslərə qarşı həssas olan bu adamlara qarşı xəyanət olunarsa, stressdən ölə də bilərlər. Onların yaddaşı yalnız 30-35 yaşa qədər normal olur. Sonrakı dövrlərdəsə bəzən yarım saat əvvəl gördükləri işlər də yadlarından çıxır. Bu zodiakın xarakteri çox zəngindir. Belə ki, belələrində yüksək enerji, diribaşlıq, güc və diqqəti cəlb etmək bacarığı var. Amma onların amansızlığı, tündməcazlığı və bir qədər kobudluğu da olur.

Bu şəxslər böyük enerjiyə malikdirlər. Digərləri ilə müqayisədə daha məhsuldar çalışırlar. Lakin başlanmış işi axıra çatdırmadan, nəticəni görmədən işi məhv etmək də onlara xas bir şeydir. “Əqrəb”lərdə psixiatr və cərrah, həmçinin hərbçi olmaq istedadı var. Onlar özlərinə qarşı səxavətli, digərlərinə qarşı xəsisdirlər. Həmişə özlərinə qarşı tələbkar olurlar. Bu adamlar hər zaman hədiyyələri qəbul edir, lakin eyni qaydada hərəkət etməyi – kiməsə hədiyyə almağı ağıllarına belə gətirmirlər. Pul onlar üçün hakimiyyət və nüfuz rəmzidir. Məhz buna görə “Əqrəb”lər pulu çox sevirlər.

Karmik astrologiyada “Əqrəb” daima özünü və ətraf mühiti dəyişən, daxilənsə çox emosional şəxsiyyət kimi izah olunur. Onun içində güclü emosiyalarla müşaiyət olunan psixi dəyişikliklər baş verir. Lakin çox qapalı olduğundan bütün bunları hiss etdirmir. “Əqrəb”lərin hamısı qapalıdır, bu səbəbdən də az qala heç kəs onların daxili aləmindən, emosiyalarından, özünə hörmət və ləyaqət hisslərinin mahiyyətindən xəbər tutmur. Belələrinin gözəl ixtiraçılıq qabiliyyəti var və bacarıqlarından yararlanıb insanları idarə edə bilirlər. Amma onlar bütün bunları özləri üçün edirlər, yoxsa başqası üçün – bilinmir. “Əqrəb”lərin etikasının əsas xətti də məhz budur. Danılmaz bir həqiqət də var ki, şəxsi maraq güdən “Əqrəb” çox asanlıqla məhrumiyyətlərə uğrayır. Karma dərəcəsinə görə, Ali Əqrəb hər cür şərdən uzaq olan fərddir. O, şərdən birbaşa Tanrı tərəfindən qorunur. Bu insanın ətrafında güclü magik sahə yaranır ki, bu sahəyə düşən ən pis adam belə günahlarını etiraf etmək, tövbə etmək istəyir. Bu zaman insan qəfil həyata daha ciddi yanaşmağa, həqiqətpərəst olmağa, xeyirxahlığa doğru güclü impuls hiss edir.

“Əqrəb”lər həm də şəri neytrallaşdırıb yerində xeyir cücərtmək istəyirlər.

Müasir astrologiyada bu adamların mənfi xüsusiyyətləri geniş şəkildə izah olunur. Qeyd olunur ki, öz ambisiyalarına nail olmaq üçün həmişə vəzifəyə can atan “Əqrəb”lərlə daimi ünsiyyət qurmaqdan çəkinmək lazımdır. Çünki hücum üçün onların silahları həmişə hazır vəziyyətdə olur. Zahiri görünüşdən çox cəlbedici, gözəl olmalarına baxmayaraq, qadın-Əqrəblər əsl cadugər olurlar. Onlar ağlasığmaz, qeyri-adi hərəkətlər törətməkdə mahirdirlər. Əgər avtomobil sürücüsü yolu keçən qoca piyadanı vurubsa, siz əmin ola bilərsiniz ki, bu sürücü Əqrəb bürcündədir.

“Əqrəb”lər özlərindən başqa heç kəsə inanmır, mühüm işlərin həllində kənardan kiminsə kömək edəcəyinə bel bağlamırlar. Heç vaxt cəfəng şeylərə baş qoşmur, boş xülyalarla yaşamırlar. Əgər övladlarınızdan bu bürcdə doğulanı varsa, onların müstəqilliyinə mane olmayın. Onsuz da onları öz yollarından döndərə bilməyəcəksiniz. Yüz illərin təcrübəsi göstərir ki, “Əqrəb”lərin bədbəxt olmasının əsas səbəbkarı məhz onların valideynləri olur. Bu səbəbdən də bəri başdan ciddi ölçü götürməyə dəyər.

Magiyaya ən yaxın ünsür Su, ən yaxın bürcsə Əqrəbdir. Onlar elə doğulduqları andan özlərində böyük magik enerji daşıyırlar. Buna görə də bu bürcün sakinləri öz enerjilərindən istifadə etməyi öyrənməlidirlər. Əks halda, ətraf mühit üçün böyük təhlükə törədə bilərlər. “Əqrəb”lər öz düşmənlərinə qarşı cadu, tilsim etməkdən çəkinməlidirlər. Onsuz da fövqəltəbii üsullarla onlara zərər yetirmək istəyən insanların bütün cəhədləri boşa çıxa, bəzən hətta özlərinə qarşı yönələ bilər. Magiyada “Əqrəb”lər o qədər güclüdürlər ki, onlara qarşı ehtiyatlı olmaq məsləhət görülür. Bundan başqa, onlar çox seksual və cəlbedici olur, öz ehtirasları ilə hər bir istəyə çatırlar. Lakin onlar öz bacarıqlarından çox istifadə etməli deyillər. Ümumiyyətlə, barəsində danışdığımız şəxslər peyğəmbərlik etməyi xoşlayırlar, lakin onların heç də hər məsləhətinə əməl etmək lazım deyil.

Antik dövrün münəccimləri “Əqrəb”ləri üç qismə bölürdülər: özünü sancan; həm özünü, həm başqasını sancan; yalnız başqalarını sancan. Onlar öz müsahiblərinin zəif yerini asanlıqla tutduqları üçün bəzən ciddi düşmənlər də qazanırlar.

“Əqrəb”lərin bioenergetik sahəsi də digər bürclərdən kəskin surətdə fərqlənir. “Qoç”da baş, “Şir”də ürək, “Balıqlar”da ayaq nahiyəsi olduğu halda, haqqında yazdığımız bürcdə həmin orqan yumurtalıqlara və cinsiyyət üzvlərinə düşür. Bu, daha çox ehtiras simvolu olan Marsın himayəçilik etməsilə bağlıdır.

“Əqrəb”lər hələ kiçik yaşlarından idmana, xüsusən də güləşə və yüngül atletikaya meylli olurlar. Amma bu sahədə şöhrət zirvəsinə nadir hallarda yetişirlər. Çünki ailə qayğıları, şəxsi problemləri həmişə onların arzularına sipər çəkir. Onlar fiziki cəhətdən güclü olduqlarından qan-damar sisteminin fəaliyyəti qənaətbəxş olur. Amma idmandan əl çəkən kimi orqanizmlərində – əsasən də böyrəklərində kəskin duzlaşma yaranır, sidik ifrazatında çətinlik çəkirlər.

Əqrəb bürcündən olan adamlar əksər hallarda balaca boya, cəldliyə və qaynayan gözlərə malik olurlar. Belələri heç vaxt yanılmırlar. Hətta dilucu və ya yersiz sözlərini də hansı məqsədlə dediklərini yaxşı bilirlər. Onları aldatmaq çətin və sadəcə olaraq mümkün deyil. Əgər “Əqrəb” müsahibinizə yalan satıb ürəyinizdə “aldatdım” deyə düşünürsünüzsə, yanılırsınız. Çünki belə adamlar üzdə sizə inanan kimi görünsələr də, əslində yalan danışdığınızı sizdən də yaxşı bilirlər. Yəqin ki, “çoxbilmişlikdən balaca qalıb” qədim el məsəlini də məhz Əqrəb işarəsi altında doğulanlara şamil ediblər.

Əqrəb bürcü altında doğulan adamlar heç də başqaları kimi ən müxtəlif sahələrdə çalışmağı bacarmırlar. Amma onlarda bir müsbət keyfiyyət var ki, əgər fikirlərinə bir şey salıblarsa, mütləq axıra qədər gedirlər. Məsələn, əgər onlar həkim olmaq istəyirlərsə, nə valideynləri, nə dostları, nə də yaşadıqları mühit bu yolda sədd ola bilməz.

Orta əsrlərdə “Əqrəb”lərə diaqnostika həkimi, cərrah, müəllim, məhkəmə işçisi olmağı məsləhət görürdülər. Bununla yanaşı, sərkərdə, fəal mafiya üzvü, detektiv, psixoloq, siyasi xadim və başqa peşə sahibləri də yetişir.

Müəllif : Səbuhi rəhimli

Oğlaq bürcü
Bu bürc altında doğulanlar magik təsirə məruz qalmır və bədnəzərdən uzaqdırlar

Oğlaq bürcü özündən əvvəl gələn “Oxatan”dan kəskin surətdə fərqlənir. Qışın gəlişinə təsadüf edən Oğlaq işarəsi başqa bölgələrdən fərqli olaraq, yaşadığımız məmləkət üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, əsrlərdən bəri olunan müşahidələrə görə, məmləkətimizdə birinci qar az qala hər il bu bürcün ərəfəsinə düşür. Orta əsr münəccimləri “qışın oğlan çağı”na düşən, insanları üşüdən, onların fəaliyyətinə mane olan “Oğlaq”ı pis qələmə verir, bu işarə altında doğulanları isə soyuqqəlbli və yalnız özləri üçün yaşayan adam hesab edirdilər.

Bu bürc öz qeyri-adiliyi ilə fərqlənir. Belə ki, “Oxatan” dövründə nisbi sakitlik və münasibətlərdə mülayimlik bərqərar olursa, Oğlaq bürcünün Göy qübbəsinə hakimlik etdiyi ərəfədə yenidən “alovlar püskürür”. Bununsa bir neçə incə səbəbi var. Əvvəla ona görə ki, bu “soyuq” Zodiak insanlarda ilk növbədə səbrsizlik, müsahiblərlə razılaşmamaq, ailə zəminində qanqaraldıcı hadisələr vəd edir. Üstəlik, bu bürc mövcud olduğu dövrdə siyasi çəkişmələr, cəmiyyətdə gedən proseslərdə gərginlik, o cümlədən, sosial partlayışlar da baş verir. Bu səbəbdən də sözügedən “təhlükəli” bürcün əhatəsində ehtiyatlılığı maksimal həddə çatdırmaq lazımdır.

Antik, o cümlədən orta əsrlər astrologiyasının məlumatına görə, Oğlaq bürcünün əhatə etdiyi bir aylıq müddətdə (təxminən 30 gün) daha çox aldadıb tələyə salma, şərləmə, qarayaxma, oğurluq kimi xoşagəlməz hallar müşahidə edilir. Hətta bu baxımdan nahaq qan tökülməsi də istisna deyil. Tarix boyu günahsız qırğınların böyük əksəriyyəti də məhz Oğlaq bürcünə təsadüf edir. Bu baxımdan tarixə “Qanlı bazar günü”, “20 Yanvar faciəsi” kimi daxil olan hadisələri, eləcə də 1991-ci ildə Baltikyanı respublikalarda törədilən qırğınları sadalamaq kifayətdir.

Ulduzlar sistemində 10-cu yeri tutan bu bürc bir qayda olaraq dekabrın 22-dən yanvarın 20-nə qədər davam edir. Ünsürü torpaq, planeti Saturn, düşərli günü çərşənbə axşamı, şənbə, düşərsiz günü bazar ertəsi, cümə axşamı, metalı dəmir, uğurlu rəngi tünd-yaşıl, qara, göy, uğursuz rəngi ağ, uğurlu daşı rubin, oniks, enerji verən çiçəyi ağ qərənfil, qara lalə, uğurlu rəqəmi isə 3 və 5-dir.

Oğlaq bürcünü əmələ gətirən ulduzlar Göy qübbəsinin təxminən 400 kvadrat dərəcəlik sahəsini tutur. Onun tərkibinə adi gözlə görünən 50-yə yaxın ulduz daxildir. Astronomik sırada 5-ci yer tutan Saturn Roma allahı Saturnun şərəfinə belə adlandırılıb. Astrologiyanın yarandığı ilk dövrlərdə bu planeti yeraltı aləmin hakimi hesab edir, onun himayəsinə daxil olan adamlara qazıntıda, şaxtada işləməyi məsləhət görürdülər. Antik dövrün münəccimləri Saturnu “Qəmli xatirələr planeti” adlandırırdılar. Onun radiusu 60100 km, elementi torpaq, tərkibi soyuqluq, xatakteri isə şöhrətpərəstlikdir.

Haqqında yazdığımız Zodiak işarəsi altında dünyaya gələn adamların olduqca əzablı taleyi olur. Hələ erkən yaşlarında gələcək həyatını proqramlaşdıran “Oğlaq”lar nadir hallarda istədikləri ömrü yaşaya bilirlər. Roma İmperiyası dövründə yaşayan məşhur astroloq Arbitr Petronin bu bürc haqqında olduqca dəqiq proqnoz verirdi. Belə ki, onun qələmə aldığı “Satirikon” kitabında “Oğlaq” barədə belə bir ifadə işlənir: “Oğlaq bürcü altında doğulanların dərd əlindən buynuzları çıxır”. Bu məlumat məcazi mənada işlənilsə də, müəllif onun izahını ustalıqla verir. Petronin əsaslandırır ki, bu bürcün sakinləri yaşadıqları ömürdə, xüsusən də, 35 yaşına qədər hədsiz təzyiq və tənələrə, haqsızlıq və amansızlıqlara məruz qalır, son məqamda onların qəlbində hamıya qarşı kin-kidurət və qisasçılıq meylləri güclənir.

Petroninin sözündə həqiqət var. Çünki Oğlaq bürcü altında doğulanlar, bir-iki nəfəri çıxmaq şərtilə heç kimə xüsusi simpatiya bəsləmirlər. Amma bu, heç də o demək deyil ki, hamıya “yuxarıdan aşağı” baxırlar. Belə adamlar çox işləyir, rahatlıq bilmir, hətta xəstə ola-ola yenə də bekar durmurlar. Onlar hər şeydən əvvəl özləri üçün, öz ideyaları naminə mübarizə aparırlar. “Oğlaq”lardan ötrü özlərindən qabaqda heç kəs yoxdur. Bəzən öz doğma övladları da onlar üçün “daha vacib” hesab olunmur.

Zodiak bürclərinin bu nümayəndələri həssas, savadlı, məğrur, təkəbbürlü, ehtiyatsız iş tutmayan, hamının hörmətini qazanmağa çalışan adamlardır. Onların ən mənfi xüsusiyyəti qəfil inadkarlıqları, fikirlərinin tez-tez dəyişməsi, xüsusən də qapalı olmalarıdır. “Oğlaq”lar yalan uydurub müsahiblərini inandırmaqda passivdirlər. Belələrinin söhbətinə qulaq asanda asanlıqla öyrənmək olar ki, nəyi ciddi deyir-nəyi yalan, nəyi süni deyir-nəyi sidq-ürəklə.

Oğlaq və magiya bir-birinə zidd anlayışlardır. Bu, bir tərəfdən yaxşıdır. Çünki “Oğlaq”lar magik təsirə məruz qalmır, bədnəzərdən uzaqdırlar. Onlar uzun müddət heç bir narahatlıq keçirmədən “qara” mühitdə yaşaya bilir, çox güclü vampirlərlə, pisniyyət insanlarla ünsiyyət yaradırlar. Lakin “Oğlaq”ların da mənfi xüsusiyyətləri az deyil. Belə ki, onlar bəzən qarşılarına çıxan hər şeyi darmadağın edirlər. Oğlaq bürclülərin etmək istədiyi istənilən cadu, tilsim həm onun özünə, həm də düşməninə böyük zərər gətirə bilər. Yeganə bürcdür ki, onlarda özünüinkar, daxili təzadlar boldur. Belə ki, “Oğlaq”lar bir tərəfdən qara magiyadan hücum üçün maksimum yararlanır, digər tərəfdənsə əllə toxunula bilməyən hər şeyi inkar edirlər. İkinci səbəbə görə onlar magik mərasimlərlə maraqlanmırlar.

Karmik astrologiyaya görə, bu bürcdən olanlar anadagəlmə təşkilatçıdır. Əgər onun kollektivi yoxdursa, o, bu istedadını öz həyatını qurmağa tətbiq edəcək. Məqsədyönlülük, məsuliyyət, təcrübə və ciddilik “Oğlaq” üçün xarakterikdir. Onlar emosional deyillər, hətta bir qədər “quru adam” təsiri bağışlayırlar. Lakin çətin layihə və planları həyata keçirmək üçün lazım olan xarakterik xüsusiyyətlərə malikdirlər. Bu bürc altında doğulanların həyatındakı əsas hiss bədbinlikdir. Bu adam ilk baxışdan həyata nəzər yetirərkən əsasən ümidsiz dərəcədə dolaşmış xaosu və öz planlarını reallaşdırmağın qeyri-mümkün olduğunu görür. Lakin illər keçdikcə həyatda öz yerini tapır və həyata münasibəti dəyişir.

Ali Oğlaq üçün fəaliyyət dairəsi məhdudiyyətsizdir. Ќə ilə məşğul olsa da, istənilən işdə çoxlu təcrübi yeniliklər edə bilər. Əgər müasir “Oğlaq” sadəlöhv materializm erasının qalıqlarından uzaqlaşa bilsə, dini elmlərlə məşğul olmağa başlasa, burada da onu uğur gözləyir.

Ali Oğlaq mənəvi atadır. O, insanların həyatını həqiqətən də dəyişə bilən praktik dini cərəyanın əsasını qoyur. Onun yaratdığı incə formalar (dualar, zikr formaları) nəinki ayrı-ayrı fərdlərin qəlbində özünə yer tutur, həmçinin bu formalar böyük sosial qrupların həyatında da mühüm rol oynayır.

Klassik astrologiyaya görə, “Oğlaq”lar son dərəcə sadəlövh və tez inanandır. Bu səbəbdən də ömürləri boyu başları qalda keçir, bəlalara düçar olurlar. Hindlilərin fikrincə, bu adamların ailədə necə olması yalnız özlərindən asılıdır. İstəsələr, bircə anda hamıda xoş əhval, yaxud da əsəbi gərginlik yaradarlar. Amma nümunəvi ailə başçısı (evdar xanım) olmağa da qabildirlər. Onlar ahıl yaşlarında törətdikləri günahlarını başa düşür, düz yola qayıdırlar. Əlbəttə ki, ömür vəfa etsə…

Oğlaq bürcündə doğulan qadınlar dünyanın ən qəribə, ən sirli, müəmmalı varlıqlarıdır. Onlarla “oyun oynamaq”, onları razı salmaq çox çətindir. Belə qadınlar heç vaxt istəməzlər ki, övladları ata tərbiyəsi alsınlar. Çünki onlar ailədə aparıcı şəxs olmaq üçün hər şeyə gedirlər. Belə qadınlar ömür-gün yoldaşlarını öz iradələrinə tabe etdirir, özlərindən asılı vəziyyətə salmaq istəyirlər. Bu xanımlar həmişə həyat yoldaşlarını passivlikdə günahlandırır, “əfəl” adlandırırlar. Yeri gəlmişkən, belə “Oğlaq”lara uzunmüddətli ər olmağı hər kişi bacarmır.

Saturn öz himayəsində olan qadınlara (Oğlaq və Sutökən) yaraşıqlı, gözəgəlimli sifət verir. Hətta onlar 40 yaşında da 16 yaşında olan təravətlərini itirmirlər. Amma dediyimiz kimi, başlarına gətirilən müsibətlərə görə hamıya, bəzən öz övladlarına da nifrətlə yanaşırlar. Ərə gedənə qədər mənalı və romantik günlər yaşayan “Oğlaq” bəzən sonrakı dövrdə “qəddarlaşır”. Onlar öz uşaqlarını xüsusi ampulada tərbiyə edir, hamıdan üstün görməyə çalışırlar. Təəssüf ki, bu proses övladları evlənənə qədər davam edir. “Mən çəkən əzabları sən də çəkməlisən”,- prinsipini əsas tutan bu qadınlar övladlarını əziyyətə alışdırmağa səy göstərirlər. Bu isə çox vaxt bədbəxt hadisələrlə, ayrılıqlarla nəticələnir.

Sonda bir şeyi də qeyd edək ki, verilən məlumatlara görə bizi qınamağa dəyməz. Çünki istifadə etdiyimiz və dünya münəccimlərinin təsdiqlədiyi 6 mənbənin hamısında təxminən eyni məlumatlar yazılıb. Bu bürcün sakinləri həssas və duyğulu olduqlarından daha çox yaradıcılığa meylli olurlar. Onları qələmsiz təsəvvür etmək çətindir. Tərəzi bürcündən sonra müəllim-pedaqoq peşəsinə ən yaxın olan Zodiak da məhz Oğlaqdır. Belə adamlarda musiqi istedadı da olur. Onlar xırda biznes, texnika, dilçilik, incəsənət və s. sahələrdə asanlıqla məşhurlaşırlar.

Məşhur “Oğlaq”lar: Yusif Səmədoğlu, Firudin Köçərli, Leyla Bədirbəyli, Anar, Zeynəb Xanlarova, Əlağa Ağayev, Əbülfət Əliyev, Eldəniz Zeynalov, Səməndər Rzayev, Mədinə Gülgün, Vidadi Babanlı, Yalçın Rzazadə, Ќuriyyə Əhmədova, Səfurə İbrahimova, Mikayıl Mirzə və b.

Müəllif : Səbuhi rəhimli

Oxatan bürcü
Hələ orta əsrlərin münəccimləri təyin etmişdilər ki, bu bürc altında dünyaya gələnlər yalnız dahilərdir. Ona görə də bu işarəyə aid olan adamları yüksək mənsəb sahibləri hesab edir, onlara mühüm peşələrdə işləmək üçün şərait yaradırdılar.

Bundan əvvəlki dövr – Əqrəbin hakimiyyətdə olduğu ərəfə insanlara ehtiras, enerji, güclü fəaliyyət və münasibətlərdə gərginlik verirdisə, Oxatan nisbətən fərqli mövqedə durur. Belə ki, himayəsinə daxil olduğumuz bu Zodiak cəmiyyətdə gedən kəskin proseslərə, qarşıdurmaya nisbi sakitlik təlqin edir. Onun “hakimiyyəti” dövründə insanlara səadət, firavanlıq və dostluq kimi qiymətli amillər bəxş olunur. Bu ərəfədə hər bir şəxs güzəştə getməyi bacarmalı, barış mövqeyindən çıxış etməlidir. Münəccimlərin fikrincə, yalnız bu yolla Oxatanın himayədarlıq etdiyi dövr düşərli ola bilər. Bir amili də nəzərinizə çatdıraq ki, bəhs etdiyimiz zaman kəsiyində daha çox biznesmenlərin bəxti gətirir. Odur ki, pullanmaq istəyənlər bəri başdan ölçü götürməlidirlər.

Ulduzlar sistemində 9-cu yeri tutan bu bürc təxminən noyabr ayının 23-dən başlayaraq dekabrın 21-nə qədər (29 gün) davam edir. Ünsürü od, planeti Yupiter, uğurlu günü cümə axşamı, uğursuz günü şənbə, düşərli rəqəmi 5, numeroloji rəqəmi 9, uğurlu çiçəyi nərgiz, enerjisini artıran ağacı tut və ağcaqayın, metalı qurğuşundur.

Oxatan bürcü ulduzlar sisteminin təqribən 867 kvadrat dərəcəlik sahəsini tutur. Onun tərkibinə adi gözlə görünən 115 ulduz daxildir. Qalaktikamızın nüvəsi də məhz Oxatan bürcündədir. Onun 10 kürəvi və səpilmiş ulduz toplusu, habelə üç parlaq və iri Diffuz dumanlığı var. Onları hətta kiçik teleskopla və ya güclü durbinlə də müşahidə etmək mümkündür.

Oxatan bürcünün himayədarı Yupiterdir. Bu planet astronomik hesabla beşinci sırada yerləşir. Qədim əsatirlərdə Yupiter Roma imperiyasının baş allahı, göylərin, allahların, o cümlədən insanların hakimi kimi təqdim olunur. Məhz onun şərəfinə bu planeti Yupiter adlandırıblar. Qədim babillilərdə isə onu “Böyük xoşbəxtlik planeti” hesab edirdilər. Haqqında danışdığımız planet Göy qübbəsində Ay və Veneradan sonra Yerə ən parlaq işıq saçan obyektdir. Onun radiusu 71300 km, elementi hava, tərkibi istilik, xarakteri isə hakimlikdir.

Parıldayan, sehrli gözlər, bəzənsə hiyləgər baxışlar, zahiri gözəllik, istənilən adamla dil tapmaq bacarığı, görüb-götürmək istedadı, xeyirxah və özünü sevdirə bilən… Oxatan bürcündən söz düşəndə ilk növbədə sadaladığımız bu məziyyətləri bilmək vacibdir. Bu adamlar ilk növbədə hər şeyi açıq-aşkar və azad görməyi sevirlər. Onlar ürəyigeniş, yaraşıqlı, bəzi hallardasa qapalı və impulsiv olurlar. Belələri nadir hallarda aldanır və ya tənhalığa qurşanırlar. Bu bürcdən olanlar öz dəqiqliyi və uzaqgörənliyi ilə həmişə öz yoldaşlarından seçilirlər. Hələ çox-çox qədimlərdə Babilistan münəccimləri Oxatanların təmkinli xarakterə və fəlsəfi təbiətə malik olduğunu bildirirdilər.

Başqa bürclərdə olduğu kimi bu Zodiak da özündə ikili xüsusiyyət cəmləşdirir. Belə ki, onlar bir tərəfdən cəsur, sərbəst, digər tərəfdənsə, barışmaz və kobuddurlar. Oxatan sərgüzəşt və macəraları sevir, istənilən ağıllı mübarizədə igidlik göstərməyi bacarırlar. Qədim mənbələrə görə, bu bürcdən olanlar gah kimisə fəlakətdən xilas etməli, gah harayasa tələsməli, gah da kiməsə yol göstərməlidir. Onların əsas xüsusiyyətləri məğlubedilməzlik və nikbinlikdir.

“Qoroskopdan pis xəbər” adlı kitabda bu bürc haqqında deyilir: “Hədsiz dərəcədə kobud və ədəbsiz olan bu cür insanlarla münasibətdə istənilən xoşagəlməz hadisə baş verə bilər. Belə ki, metro və avtobuslarda gedərkən o, başqalarının ayağını tapdalayar və dava düşər, restoranda yeyib-içər və camaatla əlbəyaxaya çıxar və s. İş fəaliyyətinə gəldikdə isə Oxatanlar çox yönsüz olduğundan işlədikləri idarəni iflasa uğrada bilərlər. Bu cür insanlar iş yerindəki bütün sənədləri qarışdırır və texniki avadanlıqları yarıtmaz hala salırlar. Onlara elə gəlir ki, bu cür xırda şeylərə baş qoşmaq yox, qlobal işlər haqqında düşünmək lazımdır”.

Amma bizim qənaətimizcə, Oxatanların müsbət keyfiyyətləri daha çoxdur. Fiziki cəhətdən güclü olan belələri həmişə yüksək ideyalarla yaşasalar da, hərdəmxəyal və ya hissə qapılan deyillər. Əksinə, həmişə öz perspektivlərini həyata keçirmək məqsədilə bütün güclərini səfərbər edirlər. Ədalət tərəfdarı olduqlarından, nadir hallarda hiyləgərlik edirlər. Oxatanların, demək olar ki, hamısı səfərlərə çıxmağı, riskə getməyi, bəzən də qarmaqarışıqlıq yaratmağı xoşlayırlar. Ən dəhşətlisi odur ki, belə adamların ən azı 50 faizi uzun ömür sürmür. Onlar nadir hallarda yorğan-döşəkdə, öz doğmaları arasında vəfat edirlər. Böyük siyasətlə məşğul olan Oxatanların əksəriyyəti sui-qəsdin qurbanı olur və ya sürgün həyatı yaşayırlar (F.Engels, İ.Stalin, L.Brejnev, Rəsul Quliyev və s.).

Bəri başdan bildirək ki, bu adamlar çox bədxərcdir. Pulu xərcləməyə başladılarsa, heç cür dayana bilmirlər. Xəsislik hissi onlara yaddır (xüsusilə də, əgər söhbət onlara əziz olan adamlardan gedirsə). Belələri maliyyə imkanlarını nəzərə almadan bahalı və dəbdəbəli hədiyyələr bağışlayırlar. Pulsuzluq dövrü yetişdikdə, qənaət etmək lazım gəldikdə isə Oxatanlar özlərini kədərli və bədbəxt hesab edirlər. Onlar sərbəst pul xərcləmə imkanından ləzzət alırlar. Yaradıcılıqda isə bu adamlar təkrarçılığa meyllidirlər. Onların yaradıcılığında istedadlı insanların təsiri hiss olunur.

Karmik yanaşmalara gəlincə, Oxatanın əsas ideyası azadlıqdır və bu ideya hər şeyə münasibətində aydın nəzərə çarpır, xüsusilə də nigaha dair düşüncələrində. O, dünyanı bir tam kimi qəbul edir, bu bütövlüyə yeni ideya bağışlamaqla bərk məşğul olduğundan konkret insanların hisslərinə vaxtı çatmır. Oxatan son dərəcə xeyirxah, alicənab fərddir. O, təkrarolunmaz məlahətə malikdir, amma müntəzəm surətdə ətrafa səhv qiymət verir, laqeydlik göstərir. Lakin ümumilikdə yüksək dairələrdən informasiya aldığı üçün adətən hər şeyi dolğun şəkildə təsvir edir. Oxatan asanlıqla bir işdən başqa bir işə yönələ bilir. Buna görə də onun əsas problemi diqqətsizlik və məsuliyyətsizlikdir.

Ali Oxatan Tanrı Həqiqətlərini insanlara ötürən liderdir. Onun idarə etdiyi sahələrdə İNSAN vasitəsilə ali ideyalar sanki bəşəriyyətə yayımlanır. Bu ideyalara fəlsəfi və dini xarakter xasdır. Oxatanın beyni ideyalarla doludur, lakin o, ideyalarını heç kimə zorla yeritmir, daha çox bu ideyaları işıq kimi ətrafa saçır. Oxatanın kosmik sevgisi onun Ali Başlanğıca can atmasıdır və bu Ali Başlanğıcı hər Oxatan öz bildiyi formada edir. Buna baxmayaraq ali canatmanı hər bir Oxatan içində hiss edir. Onların nikbinliyinin və həyatsevərliyinin kökündə də məhz bu meyl durur.

Bu bürcdən olan qadınlarda da fərqli cəhətlər çoxdur. Müasir astrologiyanın təbirincə desək, Oxatan-qadınlar daha çox kişi xarakterinə malik olur, dostları arasında əks cinsdən olanlar böyük çoxluq təşkil edir. Bir amili də nəzərinizə çatdıraq ki, sözügedən Zodiaka malik zərif məxluqlar arasında əsl qadın xarakterini daşıyanlar olduqca cüzi faiz təşkil edirlər. Həm də onlar qadında olan bütün müsbət keyfiyyətləri özlərində toplayırlar (Əlbəttə ki, Qız bürcünün qadınlarından sonra – S.R.). Onlar əksər hallarda ailədə aparıcı mövqeni əldə saxlamağa çalışır və buna nail olurlar. Söz ki ailədən düşdü, gəlin, bu bürcdən olanların sevgi həyatına da səyahət edək…

Bu Zodiakda dünyaya gələn adamlar hamı kimi sevib-sevilməyi də bacarırlar. Əgər məhəbbət aləmində kobudluq, hərdəmxəyallıq, tez qızışmaq kimi hallar olmasa, bu adamlar “ilan”la da yola gedə bilərlər. Ən əsası odur ki, Oxatanlar qısqanc deyillər. Amma bu heç də hər şeyə göz yummaq kimi başa düşülməməlidir. Çünki belələrinin qəzəbinə gəlmək dözülməzdir. Əgər tərəf-müqabilləri onları qane etmirsə, Oxatanlar onlardan asanlıqla imtina edir. Bir sözlə, bu bürcdən olanlar öz adlarını təmiz saxlamaq naminə hər şeyə gedirlər.

Oxatanlar digər bürclərdən fərqli olaraq daha tez vurulurlar. Amma sevgi məsələlərinə həmişə inamsız yanaşır, “onsuz da alınmayacaq” deyə düşünürlər. Hətta bəzən toya bir həftə qalsa belə, onlar sevdiklərinə qovuşacaqlarına inanmırlar. Əlbəttə ki, söhbət yüksək həyat təcrübəsinə malik olan aktiv Oxatanlardan getmir. Əgər kimsə, qəlbində bu bürcə yer ayırıbsa, ona məsləhət görərdik ki, öz tərəf-müqabilinin inamını qırmasın. Oxatanın təkliflərini eşitsəniz, söz güləşdirməsəniz, birgə xoş günlər yaşayacaqsınız.

Bu bürclülər astrologiya sahəsində daha çox biznesmen kimi məşhurdur. Onlar hətta kimsəsiz səhraya düşsələr belə, qısa vaxtda ən böyük mənsəb sahibinə çevrilə bilirlər. Bundan başqa, Oxatanlar daha çox siyasətə, elmə maraq göstərirlər. Onlar mistik elmlərə, cadugərlərə, fal açanlara, hətta qoroskopa qeyri-ciddi yanaşırlar. Bu adamlarda böyük bir kütləni öz arxalarınca aparmaq istedadı var. Onların fəallığı və mübarizliyi həmişə diqqət mərkəzində olur. Hətta onların “paxırı” olsa belə, özləri istəməsə, heç kim bunu aça bilməz. Bir sözlə, həyatın əksər sahələrində “ilişmirlər”.

Peşə astrologiyasına görə, haqqında danışdığımız bürcün sakinləri dənizçi, hərbçi, alim, rəssam və bu kimi digər peşələrə yiyələnə bilərlər. Amma yuxarıda dediyimiz kimi onların əsas qayəsi böyük biznes və siyasətdir.

Məşhur “oxatan”lar: Vəcihə Səmədova, İmran Qasımov, Hüseynbala Əliyev, Tahir Salahov, Aşıq Zülfiyyə, Əli Vəliyev, Alqayıt, Kamal Abdulla, Həsənağa Salayev, Əkrəm Əylisli, Fətəli Xan Xoyski, Mərziyə Davudova, Coşqun Rəhimov, Rəsul Quliyev, Çingiz Aytmatov, Əminə Dilbazi, Xudu Məmmədov, Rəşid Behbudov, Rac Kapur, Dilarə Əliyeva, Səttar Bəhlulzadə, Hüseyn Arif, Ramiz Rövşən, Salatın Əsgərova, Osman Sarıvəlli, Mikayıl Abdullayev, Qulu Əsgərov, Süleyman Vəliyev, Nizami Rəmzi, Nüşabə Ələsgərli…

Müəllif : Səbuhi rəhimli

Buğa bürcü
Qədim Babil münəccimləri Buğa bürcü altında dünyaya gələnləri varlı və  öz mənafeyini hər şeydən üstün tutan adamlar adlandırırdılar. Əgər  bundan əvvəl yola saldığımız Qoç bürcü cəmiyyətdə və siyasi həyatda  gərginlik yaradırdısa, Buğa bürcünün Göy qübbəsinə hakim kəsildiyi dövr  nisbətən sabit keçir. Münəccimlərin qənaətlərinə görə, Buğa bürcünün  əhatə etdiyi məqamlarda hava mülayim və sakit keçir. Bu isə haqqında  yazdığımız Zodiak işarəsinin təmkinliliyi ilə əlaqədardır. Torpağa bağlı  olan Buğa bürcündə müəmmalı cəhətlər çox olduğundan hələ də onun  xarakteri tamamilə aşkar olunmayıb. Müşahidələr göstərir ki, təbiətin ən  gözəl çağına təsadüf edən Buğa bürcü həm də toy-nişanla zəngin keçir.

“Qoç”la  müqayisədə Buğa bürcünün əhatə etdiyi dövr kifayət qədər sakit olur.  Haqq-ədalətin, tapdanmış hüquqların bərpası, kəskin qarşıdurmaların  sonuclanması da məhz bu ərəfəyə təsadüf edir. Hesablamalar göstərir ki,  Buğa bürcünün yalnız 1-ci dekadası (21-30 aprel) insanlar üçün təlatümlü  keçir, qalan dekadalarda isə həqiqət üzə çıxır, müəmmalı hadisələrə  aydınlıq gəlir. Müasir dünya münəccimlərinin qənaətincə, cinayət  işlərinin ən çox açılması da məhz bu zodiakın əhatə etdiyi müddətə  düşür.

Amma Buğa bürcü məmləkətimiz üçün o qədər də əhəmiyyətli  deyil. Çünki sənayedə, elm və təhsildə nə qədər uğurlarımız olsa da,  hərbi zəmində zaman-zaman yalnız məğlubiyyətlərlə üzləşmişik. Bu  səbəbdən də hər dəfə “Buğa”nın təmkinini pozmamalı, onun nazıyla  oynamalıyıq.

Ulduzlar sistemində ikinci yeri tutan Buğa bürcü  təxminən aprelin 21-dən mayın 21-nə qədər olan dövrü (32 günü) əhatə  edir. Ünsürü torpaq, planeti Venera, xoşbəxt rəqəmi 6 (6-ya bölünən  bütün rəqəmlər), uğurlu günü cümə, uğursuz günü çərşənbə axşamı,  astrolji rəngi ağ, yaşıl, narıncı və yasəməni, qiymətli daşı isə  brilliyant, opal və Ay daşıdır. Bu zodiak Göy qübbəsində təqribən 800  kvadrat dərəcəlik sahəni əhatə edir. Onun tərkibində 230-dan artıq ulduz  var və onlardan yalnız 25-ni adi gözlə görmək mümkündür. Buğa bürcündə  parlaq ulduzlar, eləcə də iki böyük ulduz toplusu var.

Buğa bürcünün  planeti olan Venera astronomik hesabla ikinci yeri tutur. Yəqin  çoxlarınız bu planetin Dan ulduzu adlandırıldığını da bilirsiniz. Çünki  Venera, Günəş və Aydan sonra yerdən görünən ən parlaq obyektdir. Qədim  romalılar onu sevgi, gözəllik və izdivac ilahəsi Veneranın şərəfinə belə  adlandırıblar. Bu planetin radiusu 6050 km, elementi hava, tərkibi  istilik, xarakteri isə hakimlikdir. Müasir astrologiyada artıq üç ildir  ki, Yerin təbii peyki olan Ayı da Buğa bürcünün himayədarı kimi qələmə  verirlər.

Bu Zodiak işarəsi altında dünyaya gələn adamlar ilk  növbədə yüksək qabiliyyətləri və əməksevərlikləri ilə diqqəti cəlb  edirlər. Onlar hətta mənasız görünən məsələlərdə də ciddi nüanslar  tapırlar. Güclü yaddaş, özünə inam, dəqiqlik, hədsiz təmkin bu adamların  ən mühüm keyfiyyətlərindən hesab olunur. Belələri ətrafda cərəyan edən  hadisələrə tələsik reaksiya vermir, hətta hər şey aşkarlansa belə, fikir  bildirməyə tələsmirlər. Hər bir məsələdə vaxtı uzatmağı sevən “buğa”lar  nadir hallarda yanılırlar. Onların qapalılığı ünsiyyətdə olduğu  adamlarda ikrah hissi doğursa da, ciddi görkəmləri və yüngüllükdən uzaq  olmaları münasibətlərin korlanmasına mane olur.

“Buğa”ların nə  düşündüyünü və hansı addımlar atacağını öyrənmək çox çətindir. Çünki bu  bürcün sakinləri ən yaxın simsarlarına belə sirr vermir, gələcək  perspektivlərini hamıdan gizlədirlər. Riskdən uzaq olan bu adamlar  adətən tələsmir, hər şeyi öz axarında həll etməyə çalışırlar. “Buğa”lar o  qədər dözümlü olurlar ki, bəzən onların hər şeydən məhrum olduğunu zənn  edirlər. Lakin gərgin situasiyalardan elə ustalıqla çıxırlar ki, hamı  inanılmaz dərəcədə təəccüblənir.

Bəri başdan nəzərinizə çatdıraq ki,  bu bürcə aid olanlar ən darıxdırıcı insanlardır. Onların öz  həmsöhbətləri ilə ünsiyyəti yalnız Miriş demişkən, “Salam. Sağ ol”  çərçivəsindən çıxmır. Əgər siz bir kişi ilə tanış olarkən cəmi beş  dəqiqə sonra onunla söhbətdən bezirsinizsə, çox ehtimal ki, yeni  tanışınız Buğa bürcündəndir.

Orta əsr münəccimlərinin qənaətincə,  Qadın-buğalar çox tamahkar olur, ən gözəl, ən yaraşıqlı oğlanları  ovsunlamağa çalışırlar. Ümumiyyətlə, bu adamlar həddindən artıq xidmət  göstərən olur, işlədikləri müəssisənin şərəfini qaldırmaqdan və müəssisə  rəhbərəni razı salmaqdan böyük zövq alırlar.

“Buğa”larla yaxşı  ünsiyyət yaratmaq üçün onların xarakterinə uyğun davranış nümayiş  etdirmək lazım gəlir. Hər hansı yumor, yüngül hərəkət, çılğınlıq və ya  yalançı meyllər ağır nəticələr verə bilər. Bizim leksikonda işlədilən  “yerəbaxan” sözünü haqqında yazdığımız zodiaka şamil etsək, heç də  yanılmarıq. Lakin onların sakitliyini fağırlıq və ya qorxaqlıq kimi  qəbul etmək də səhv olardı. Çünki onlara “sataşmaq” çox təhlükəlidir. Ən  azı ona görə ki, belələri hiddətlənəndə mütləq qisas alırlar, hətta 20  il keçsə də.

“Buğa”ların nəyə maraq bəslədiyini bilmək kiməsə nadir  hallarda müyəssər olur. Məktəb illərində heç vaxt qabaqcıl şagird  olmasalar belə, bu, heç də onların passiv oxumasına dəlalət eləmir. Hər  şeyə qiymət verən “buğa”lar qənaəti sevir, yığımcıl olurlar. Hətta  həddi-buluğa çatmamış övladlarında bu qabiliyyəti görən valideynlər öz  “qaraqabaq” uşaqlarının gələcəyinə ümidlə yanaşırlar. Yeri gəlmişkən,  nəzərinizə çatdırırıq ki, Buğa bürcü altında doğulan hər kəs – istər  qadın olsun, istərsə də kişi – gözəl aşbazlıq qabiliyyətinə malik  olurlar.

Yəqin çoxlarınız bilmirsiniz ki, bürclər arasında ən  varlısı da məhz “buğa”larla “oxatan”lardır. İkincilər var-dövlətə  əziyyətləri və dostlarının köməyi ilə çatırlarsa, birincilər buna  bəxtləri və ağılları hesabına yetişirlər. Onlar özlərindən və  ailələrindən daha çox başqalarının mənafeyini təmin etməyə üstünlük  verirlər. Bu bürcdən olanlarda bir qədər hiyləgərlik də var. Lakin onlar  bunu yalnız lazımi məqamda icra edirlər. Məsələn, öz ideyalarının  obyektiv olduğuna valideynlərini inandırmaq, münasibətləri soyuqlaşan  iki şəxs arasında sülh yaratmaq üçün biclik işlədirlər. O ki qaldı  “buğa”ların sevgisinə, bu barədə bəzi incə nüansları nəzərinizə  çatdırmaq istərdik. Öncə qeyd edək ki, “buğa”lar sevgidə çox  tələbkardır. Hər nə istəsən, etməyə qadirdilər. Amma bunun əvəzini də  görməyə çalışırlar. Cüssəli, qamətli, qəşəng görkəmli “buğa”ların  məhəbbətini qazanmaq istəyirsinizsə, əvvəlcə özünüzə fikir verin. Çünki  onlar sevdiyi adamı gözəl və yaraşıqlı görmək istəyirlər. Siz dəbə  uyğun, zövqlə geyinməyi bacarmalısınız. Ehtiraslı “buğa”nı intim  əlaqələrdə də razı salmaq çox çətindir. Siz məhəbbətin bütün sirlərinə  yiyələnməlisiniz. Əks halda, onlar sizə qarşı bütün maraqlarını  itirəcəklər.

Hələ qədimlərdə bu bürc altında dünyaya gələnləri  hakimiyyətə iddialı hesab edirdilər (2-ci Yekaterina, 2-ci Nikolay, Karl  Marks, Mustafa Kamal Atatürk, Vladimir Lenin, Heydər Əliyev, Ayaz  Mütəllibov, Səddam Hüseyn və başqaları). Onların ticarət sahəsində  məşhurlaşacağını da bildirirdilər. Lakin “buğa”lar səyyah, incəsənət  xadimi və icmalçı kimi də məşhurlaşırlar. Bu adamlar daha çox rəhbər  vəzifələrdə çalışırlar. Çünki Buğa bürcünün sakinləri digərlərinə  nisbətən idarəetmə funksiyasını mükəmməl bilirlər.

Məşhur  “buğa”lar: 2-ci Nikolay, Lenin, 2-ci İohann Pavel, Karl Marks, Sirus  Təbrizli, Sabir Rüstəmxanlı, Uilyam Şekspir, Rabindranat Taqor, Al  Paçino, Anatoli Karpov, Adil İskəndərov, İsmayıl Osmanlı, Əjdər  İbrahimov, Həsənağa Turabov, Həsən Əbluc, Məhluqə Sadıqova, Səid  Rüstəmov, Rəsul Rza, Ətayə Əliyeva, Kamal Xudaverdiyev və başqalarıdır.﻿

Müəllif : Səbuhi rəhimli

Xərçəng bürcü
Bu bürc altında doğulan insanlar hansı xüsusiyyətlərə malikdirlər?

Hələ  qədim dünyanın adamları qızmar Yay fəslinə təsadüf edən Xərçəng  bürcünün gəlişindən ehtiyat edir, özlərini buna hazırlayırdılar. Belə  ki, onlar Günəşlə Ayın bir-birinə daha yaxın məsafədə olduğu bu ərəfəni  Xeyirlə Şərin bərabər gücə malik olması və haqqı nahaqdan ayırmağın  çətin olması kimi qiymətləndirirdilər. Orta əsrlərdə isə “Xərçəng”in  hakimiyyətdə olduğu dövrü daha çox qadınlar üçün təhlükəli hesab  edirdilər. İnsanlar belə qənatə gəlmişdilər ki, mistik məxluqların  himayədarı olan Ay qadınları xəstələndirir, onları ailədən təcrid edir,  gücdən salır, hamilə olanları öldürür. Bədirlənən Ay zamanında isə  qadınların daha zəif və əsəbi olduqları bildirilirdi. Bu səbəbdən də  Xərçəng bürcündə daha çox zərif məxluqları qoruyurdular.

Məqalənin  girişində qeyd etdiyim kimi, bu Zodiak işarəsinin gəlişi iqlimin daha da  istiləşməsinə təsadüf edir. Bir qayda olaraq bu ərəfədə məzuniyyət  götürülür və uzaq səfərlərə çıxırlar. Druidlərə görə, insanların ən  “tənbəl” dövrü də məhz bu ərəfəyə düşür. Ən böyük bəla isə göstərilən  müddətdə insanların bir-birinə qarşı yaranmış soyuqluğunun daha kəskin  xarakter almasıdır. Hesablamalara görə, ən çox insan tələfatı da məhz  adıçəkilən zodiakın əhatə etdiyi günlərə təsadüf edir. Bir tərəfdən  siyasi olaylar, müharibələr, terror hadisələri, digər tərəfdənsə təbii  fəlakətlər insanların sayını kəskin surətdə azaldır.

Ulduzlar  sistemində 4-cü yeri tutan Xərçəng bürcü bir qayda olaraq iyunun 22-dən  iyulun 22-nə qədər (31 gün) olan dövrü əhatə edir. Ünsürü su, planeti  Ay, düşərli günü bazar ertəsi, cümə axşamı, ağır günü çərşənbə axşamı,  şənbə, uğurlu rəngi ağ, açıq-mavi, göy, yaşıl, uğursuz rəngi boz, daşı  rubin, zümrüd, Ay daşı, metalı gümüş, enerji verən çiçəyi jasmin, uğurlu  rəqəmi 4, 5, 8, müxalif bürcü Oğlaq, talismanı ürək, şanslı ölkələri  isə Türkiyə, Şotlandiya, Prussiya, Hollandiya, Suriya, Afrika,  Avstraliya və Sakit okean adalarıdır.

Yeri gəlmişkən, Xərçəng bürcü  Göy qübbəsində yerləşən ən kiçik Zodiak işarəsidir. O, səmanın cəmi 500  kvadrat dərəcəlik sahəsini tutur. Adi gözlə görünən 60 ulduza malik olsa  da, heç bir parlaq ulduzu yoxdur.

Xərçəng bürcünün himayədarı olan  Ay, bəzi mənbələrdə ən kiçik planet, bəzi mənbələrdə isə qeyri-planet  sırasına şamil edilir. O, Yerin təbii peyki və gecə səmasının ən parlaq  obyektidir. Hətta təzə doğan Ayın parlaqlığı Veneranın maksimal  parlaqlığından 2500 dəfə çox olur. Antik dövrün münəccimləri hesab  edirdilər ki, Ay insanlarda inam, ümid, xeyrxahlıq və digər emosional  duyğular yaradır, gündəlik qayğılarla məşğulluğa və ev işlərinə müsbət  təsir göstərir. Onun radiusu 1738 km, elementi su, tərkibi soyuqluq,  xarakteri isə hakimlikdir.

Yerə yapışan, kök fiqura, solğun, dəyirmi  sifət, enli alın, açıq şabalıdı saçlar, böyük gözlər, iri döşlər, xırda  pəncəli ayaqlar və uzun, qələməbənzər əllər… “Xərçəng”lərin zahiri  görkəmindən söz düşəndə ilk növbədə bu amil qabardılır. Bütün dövrlərin  münəccimləri bu bürc altında dünyaya gələn adamların ilk növbədə  dinpərəst olduğunu vurğulayıblar. Qənaətlərə görə, bürclər arasında  onlar qədər Axirət dünyasına, Tanrıya inanan yoxdur. Məhz bu inamdan  irəli gələrək onlar nə qədər uğursuzluq və faciələrlə rastlaşsalar da,  istənilən anda özlərində təmkin tapa bilirlər.

Bir qayda olaraq  “Xərçəng”lər hündürboy, yaraşıqlı və ağıllı olurlar. Onlar nə qədər  eqoist görünsələr də, insanlardan daima qayğı, mərhəmət, bir sözlə, ana  doğmalığı umurlar. Belə adamların taleyini xoş təsadüflərlə bəxtlərinin  gətirməsi təşkil edir. “Xərçəng”lər hədsiz dərəcədə hissiyyatlı və  əyləncə həvəskarı olurlar. Kənardan baxana elə gələ bilər ki, bu bürcün  sakinləri qapalı, səriştəsiz və kobuddurlar. Çünki görünən mənzərə məhz  deyilənlərlə eynilik təşkil edir. Lakin dərindən bələd olduqda, onların  xoş davranışlarının, mərhəmətinin şahidi olmaq da mümkündür.

Müasir  dünya astrologiyasının qənaətinə görə, bu işarə altında dünyaya gələn  qadınlar uşaqları çox sevir, ailəcanlı-qohumcanlı olur, kişilərsə  əksinə, çox vaxt ailədən təcrid olunur, “ayağısürüşkən”liyə meyl  edirlər. Ümumiyyətlə, bu bürcün əksər kişiləri peşəni və pulu hamıdan  çox sevirlər. Onları Ay idarə etdiyindən az da olsa, hipnoz etməyi də  bacarırlar. Məhz bu faktor həmişə “Xərçəng”ləri diqqət mərkəzində  saxlayır, onlara ehtiyac olduğunu büruzə verir. Konkret olaraq məhəbbətə  gəlincə, bildirək ki, incəqəlbli “Xərçəng” üçün məhəbbətini itirmək çox  ağır zərbədir. Belə üzücü hallarda bu romantiklər gözlərini yumur və  sevgilisinin qayıtmasını arzulayır. O isə qayıtmaq haqqında heç  fikirləşmir. Belə məqamlarda bir qədər daşürəkli olmaq lazımdır.

“Xərçəng”lərin  cəmiyyətdə nüfuz qazanmalarına mane olan bəzən onların eqoistliyi,  məsuliyyətsizliyi, xasiyyətinin tez-tez dəyişməsidir. 13-cü əsrdə  yaşamış ingilis münəccimi Rocer Bekon bu bürcə aid olan kişilər haqqında  belə deyirdi: “Onların əksəriyyəti qorxaq və namərddir”.  Kişi-”Xərçəng”lərin hiyləgərliyi və emosional dayanıqsızlığı, onların  qadınlarla olan münasibətlərinə mənfi təsir göstərir. Adətən bu bürcdən  olan qadınlarla ailə həyatı qurmaq üçün kişilər uzun müddət gözləməli  olurlar. “Xərçəng” sürücülərsə çox şıltaq olur: qırmızı işığı keçmək,  sürəti həddindən çox artırmaq onların adətidir.

Daima hakimiyyət  iddiasında olan belələri öz istəklərinə yetişmək üçün daha çox  başqalarının köməyinə arxalanırlar. Ümidlərini “ağ atlı oğlana” bağlayan  “Xərçəng”lər nadir hallarda əzmkarlıq göstərə bilirlər. Onlarda bəzi  hiyləgərlikləri də görmək mümkündür. Belə ki, haqqında yazdığımız  adamlar riskli iş görərkən məsuliyyəti öz üzərlərindən atmağa  çalışırlar. Hər hansı bir işə başlayarkən mütləq özlərinə təcrübəsiz bir  fiqur tapan “Xərçəng”lər sonradan “paxır açılarsa” bütün səriştəsizliyi  “müttəfiqlərinin” üstünə atmaq istəyirlər. Bu amili nəzərə alan  oxucularımız sözügedən bürc altında dünyaya gələn adamlarla həddindən  ziyadə ehtiyatlı olmalıdılar. Unutmayın ki, “Xərçəng”lərin hipnozlu  baxışlarından yayınmaq hər adama nəsib olmur.

Ərəb münəccimlərinin  təbirincə, Xərçəng bürcü altında doğulanlar təkbaşına heç bir  müvəffəqiyyətə yetişə bilmirlər. Ona görə də belələrinə mütləq kənardan  dəstək vermək lazımdır. Müasir nücum elmi də bu adamlar haqqında  ərəblərin göstərdiyi fikirləri təsdiq edir. “Başqalarının dəstəyi  olmasa, onlar heç vaxt xoşbəxt olmurlar”, – bu fikirlərsə ötən əsrin  fransız münəccimlərinə aiddir. Və bütün bunlardan da belə nəticəyə  gəlmək olar ki, mühacirət, qürbətdə yaşamaq, tənha qalmaq, türməyə  düşmək – haqqında yazdığımız adamların məhvinə səbəb olur.

Xərçəng  bürcünün nümayəndələri romantik duyğularla yaşadığı üçün tez sevilirlər.  Onları Ay idarə etdiyindən daha çox gecələr fəaliyyət göstərirlər.  Ovqatları sabit olmasa da, qismətlərindən qaçsalar da, tez qızışsalar  da, hər halda sevilməyi və yaxşılıq etməyi də bacarırlar.

Antik  dövrün münəccimləri xərçəngin həm suda, həm də quruda yaşamasından çıxış  edərək belə qənaətə gəlirdilər ki, bu bürcün himayəsində olan  adamlardan yalnız balıqçı çıxır. Lakin sonrakı dövrlərdə bu siyahı xeyli  artmağa başladı. Belə ki, bu bürc altında doğulan adamlar zaman-zaman  sübut etdilər ki, onlar çox şeyə qadirdilər. Məsələn, bu adamlardan  yazıçı, tarixçi, pedaqoq, rəssam və bu kimi digər peşə sahibləri də  çıxır. Amma bir şey var ki, “Xərçəng”lər incəsənət sahəsinə o qədər də  meylli olmurlar.

Məşhur “Xərçəng”lər: Ş.İ.Xətai, Mirzə Kazımbəy,  S.Ə.Şirvani, M.F.Axundov, Abbasquluağa Bakıxanov, Cabbar Qaryağdı, Tağı  Şahbazi, Sona Hacıyeva, Barat Şəkinskaya, Əbülfəz Elçibəy, Məlik  Dadaşov, Türkan Şoray, Nigar Rəfibəyli, Mirzə Babayev, Məmməd Araz,  Telman Adıgözəlov, Anar Məmmədxanov və başqaları.

Müəllif : Səbuhi rəhimli

Şir bürcü
Ulduzlar sistemində beşinci yeri tutan Şir bürcü təxminən iyulun 23-dən  avqustun 22-nə qədər olan dövrü (31 gün) əhatə edir. Ünsürü od, planeti  Günəş, düşərli günü bazar, düşərsiz günü şənbə, uğurlu rəngi qızılı,  narıncı, al, qara, uğursuz rəngi ağ, uğurlu daşı yantar, topaz, rubin,  oniks, brilliant, metalı qızıl, enerji verən çiçəyi xrizantema, pion,  uğurlu rəqəmi 1, 5, 9, 11, müxalif bürcü Sutökən, talismanı taclı inək,  şir, qartal, şanslı ölkələri Fransa, İtaliya, Çexiya, Slovakiya,  Antarktida, Arktika və Siciliyadır.

Fiziki strukturu

Şir  bürcündə doğulan insanların adətən hündür boyu, dolu mütənasib bədəni,  yumru başı olur. Enli kürəkləri, hündür, açıq alnı, azca əyilmiş burnu,  dolu dodaqları var. İri, qara və ya şabalıdı gözləri, məğrur, aydın  baxışları, açıq rəngdə saçları və gözəl dərisi olur. Yerişi ləngdir.  Xarakteri möhkəm, cəsarətli, müstəqildir. Çox diqqətli, məğrur,  xeyirxah, azad düşüncəli, lakin əsəbidirlər.

Fəaliyyət üslubu

Bu  bürc altında duğulanlar arasında çoxlu aktyorlar, rejissorlar,  prodüsserlər və teatr adminstratorları var. “Şir”lər xüsusiylə “malı  yaxşı nümayiş etdirmək”,- gərək olduğu yerdə daha uğurlu fəaliyyət  göstərirlər. Buna görə də dizayn, aşbazlıq, vitrinlərin quruluşu və s.  kimi işlər onların ürəyincədir. Qeyd etmək lazımdır ki, “Şir”lər yeni və  təcrübələri az olan işlərə başlamağa meyllidirlər. Buna görə də çox  çalışmalarına və istedadlarına baxmayaraq, bəzən öz məqsədlərinə çata  bilmirlər.

“Şir”lər pulun özünü yox, onun yaşamağa imkan verdiyi  şahanə həyatı sevirlər. Biznes onlar üçün elit bir oyundur. Belələrinin  sərmayə qoya biləcəyi ən uğurlu mühit daşınmaz əmlak və əmanət  sahəsidir.

Vəzifə həvəskarı olan bu Zodiak idarəetmədə peşəkardır.  Çünki onda artistlik bacarığı və özünəinam hissi çox güclüdür.  Zaman-zaman çətinliklərə mübtəla olsa da, vəzifə pilləsində hamını  təəccübləndirməyi bacarır. “Şir”in ən zərif yeri olan özünəvurğunluq  hissinə qarşı çıxsanız, asanlıqla onun əbədi düşməninə çevrilə  bilərsiniz. Bu bürcdən olan vəzifəlilər hədsiz dərəcədə zəif yaddaşa  malik olurlar. Bu amildən yararlanıb bütün işləri hiss etdirmədən icra  edin və ona yalnız uğurlu nəticə haqqında məlumat verin. “Şir”in ürəyinə  yol tapmaq istəyirsinizsə, cəsarətli və qürurlu olmağınız kifayətdir.

“Zəif damarı”

“Şir”lər  otağa girəndə orada olanlar arxa plana keçməli, hamı onlara diqqət  yetirməlidir. Unikal və digərlərindən üstün olduqlarını  göstərməlidirlər. Onlara bu imkanı verin. Deyin ki, hələ bu vaxtacan  belə qeyri-adi insan görməmisiniz. Onları tərifləyin. Bu, onlara hava və  su kimi lazımdır. Onları tutduqları mərkəzi mövqedən yıxmağa  çalışmayın. Öz kamilliklərini nümayiş etdirməyə imkan yaradın.  Həyatınızın onların ən kiçik arzularından asılı olduğunu göstərə  bilsəniz, daha yaxşı olar. Deyə bilərsiniz, “bu lap ağ oldu”, amma bir  başqa bürclə bu, bəlkə də belə olardı. “Şir”lərə isə başqa yol yoxdur.  Onlar bunu təbii hal kimi qəbul edirlər. Bu adamlar yumor hissinə  malikdirlər, gülməyi xoşlayırlar, lakin özlərinə yox. İncəsənətlə,  teatrla, ədəbiyyatla maraqlanırlar. Buna görə də “Şir”ləri şəkil  qalereyasının açılışına, tamaşanın, filmin premyerasına, ədəbi  xarakterli dəbdəbəli yığıncağa dəvət etmək yerinə düşər.

Mənfi cəhətləri

Astrologiyadan  “Şir”ləri mərd və cəsur insan kimi tanısaq da, bu adamlar eyni zamanda  vəzifəpərəst, dikbaş və hissiyyatsız bir varlıqdırlar. Onlar  şöhrətpərəst və lovğa olur, onların yerini tutmağa çalışan hər kəsi məhv  edir, öz planlarını həyata keçirmək üçün hər şeyə (mənfi və müsbət  cəhətdən) gedirlər. Qadın-Şirlər şıltaqlıq və ədabazlıq etmədən keçinə  bilmirlər.

Gizli qabiliyyətləri

Şir bürcündən  olan kişiləri ifrat özünəvurğunluq və eqoizm uçuruma yuvarlada bilər.  Onlar hər zaman yüksəkdə durmağa öyrəşiblər. Ona görə də belələrini  yalandan tərifləməklə hər bir işə (o cümlədən yaramaz işlərə də) sövq  etmək mümkündür. Bu sayaq insanlar bir anlıq parlamaq üçün çox şeyi  qurban verərlər.

Aşağı səviyyəli “Şir”lər eqoistdir. Belələri  tərəddüd etmədən ailəsini, uşaqlarını onlara məftun olduğunu göstərə  bilən başqa bir qadından ötrü ata bilərlər. Onlar hətta ailələrinin  çörəkpulunu düşünmədən sağa-sola xərcləməyə qadirdirlər. Özlərini təmizə  çıxarmaq üçün gözlərini qırpmadan yalan danışa bilərlər. Şan-şöhrətə  çox qısqancdırlar. Onların səhvlərini üzə çıxaranlara nifrət  bəsləyirlər. Əgər yüksək səviyyəli “Şir”lər alicənab və müdrik  padşahlardırsa, aşağı səviyyəli “Şir”lər tovuz quşu lələyi taxmış  qarğalardır və onlar bu lələyi hər şeydən üstün tuturlar.

Şir  bürcündən olan qadınlar hər bir halda şahzadədirlər. Onların aşağı  səviyyəli olanları çox bədxərc və eqoistdirlər. Belələrinin istəyi  başqaları üçün qanundur. Əgər kimsə onların istəklərini yerinə  yetirmirsə, ona nifrət edirlər. Bu sayaq qadınlar digər həmcinslərinə  yalnız xidmətçi, yaxud da özlərinə maneə kimi baxırlar.

Aşağı  səviyyəli Şir-qadınlar, yüksək səviyyəli Şir-qadınlardan qorxurlar.  Çünki onların üstünlüyünü çox yaxşı duyurlar. İşlənməmiş karmaya malik  olan belə qadınları gözləyən real təhlükələrsə göz qabağındadır. Parlaq  (yəni pullu) cəmiyyətdə dolanmağa öyrəşən Şir-qadınlar təbii ki, tez-tez  borca da düşər və bununla da kriminal ünsürlərin “razborka”sının  qurbanına çevrilə bilərlər.

Karmik düyünü

Bu  bürcdən olanlar üçün daimi dəyişən enerji axını xarakterikdir. “Şir”  ideal rəhbərdir. O, ruhlandırmaq lazım gələni, öz enerjisi ilə  ruhlandırır, digərlərini isə təkrarolunmaz avtoriteti ilə tabe edir.  Onun əsas problemi aşağı səviyyədə qavramadadır. Ona elə gəlir ki, uğur  qazanan və güclü olan haqlıdır. Bundan başqa, “Şir” reallığın ancaq onun  enerjisinin işıqlandırdığı tərəfi ilə maraqlanır. Qalan şeyləri isə  inkar edir.

Ali-Şir öz enerjisi ilə kor olmuş vəziyyətdə deyil. O,  impulsiv deyil və həyatı diqqətlə müşahidə edir. Ali-Şir enerji axınının  da qulu olmur. Bu adam enerjini idarə etməyi bacarır. Bu, bir növ  incəsənətdir. Odur ki, “Şir” həmişə nəzərə almalıdır ki, enerji  özlüyündə heç nə yaratmır, bu enerji yalnız lazımi istiqamətə yönəlib  idarə ediləndə nəsə bir nəticə verir. Həmçinin “Şir” onun idarəçiliyi  altında olmayan real həyata hörmət etməyi də öyrənməlidir. O, özünü daha  çox həyatın gözəlliyinə sevinmək mümkün olduğu və başqalarına sevinc  bəxş edən yaradıcı və aktyor kimi çıxış etməyin mümkün olduğu yerdə  ifadə edə bilər.

Yuxuları

Bu adamların yuxularla  bağlı tez-tez çətinlikləri olur. Profilaktika kimi onlara məsləhət  görərdik ki, yatmazdan qabaq bədənlərini masaj etsinlər və nəfəs  gimnastikası ilə məşğul olsunlar. Bu bürcün nümayəndələri yuxuları nadir  hallarda yadda saxlayır, lakin yadda qalanları hər hansı problemin  həllində onlara kömək edir, həmçinin gələcəkdən, sirli aspektlərdən  xəbər verir. Bəzən “Şir”lərdə öncəgörmə qabiliyyəti də olur. Bu, ondan  irəli gəlir ki, onların dərrakəsi “Qoç”larda olduğu kimi çox itidir və  hər bir cüzi informasiyanı da “qamarlayırlar”. “Şir”lərin gördükləri  yuxular çox ciddi olur. Onlar bu istedadlarını lazımınca  qiymətləndirməyi bacarmalıdırlar. Bəzən də olur ki, bu şəxslər “boş-boş”  yuxular görürlər. Bununsa özünəməxsus mənaları var. Lakin “Şir”lər  energetik planda çox güclü insanlar olduğundan öz enerjilərilə istənilən  bədxah adamı ciddi surətdə zədələyə bilərlər.

Sevgisi

“Şir”lər  məhəbbətdə romantikdirlər. Sevdiyi adamla dağ başında, dəniz sahilində,  təbiətin füsunkar qoynunda görüşlərə çıxmağa can atırlar. Onlar  güllərlə, hədiyyələrlə dolu təmtəraqlı həyatı və nümayiş olunmağı  sevirlər.

Flora dünyası

“Şir”lər torpaqda çox  işləməyi xoşlayır, buna görə də hazır, dərilmiş çiçəkləri, ələlxüsus da  pion, qladiolus, xrizantem güllərini bəyənirlər. Onlara zövq verən  çiçəklər sırasına lalə, gülümbahar, peyğəmbərçiçəyi və kalendulanı da  əlavə etmək olar. Onların ekzotik bitkilərə rəğbət bəslədiyini nəzərə  alaraq deyə bilərik ki, bu adamlar evdə kiçik bir ağac da becərə  bilərlər. Bu kiçik ağac palma olsa, lap yerinə düşər. Çünki palma ağacı  onlara çox yaxşı təsir göstərir.

“Şir”lərin sevdikləri ətirlər: ənbər, qızılgül, inciçiçəyi, paçuli, jasmin, kokos…

Fauna dünyası

Klassik  astrologiyada hər bir Zodiak işarəsinin müxtəlif heyvanlarla bağlılığı  haqqında dəyərli fikirlər göstərilib. Özü də bu bağlılıq həm analoji,  həm də xarakterik cizgilərlə qeyd olunub. Bu baxımdan, “Şir” bürcünə  düşən heyvanlar bunlardır: şir, bəbir, qartal, xoruz, şahin və s.

Xəstəlikləri

Şir  bürcünün himayədarı olan Günəş insanlara həyat enerjisi bəxş edir,  bütün orqanlarda xoş əhval yaradır. Bu parlaq planet qan dövranına, həzm  sisteminə də müsbət təsir edir. Astroloqlar Günəşin – Şir bürcünün  hakim olduğu dövrdə (23 iyul-22 avqust) əsəb gərginliyi və göz  ağrılarının şiddətləndiyini göstərirlər. Barəsində yazdığımız bürcdə  diafraqma, ürək, onurğa sütunu belə qədər (yuxarıdan) bel əzələləri, tor  qişa kimi fəsadlar olur. Şir bürcü ilə hipotaniya, stenokardiya,  aortanın anevrizmi və başqa ürək xəstəlikləri, bel beyinin soyuqlaması  xəstəlikləri əlaqəlidir.

Ölüm ünvanları

Müşahidələrdən  bəlli olur ki, enerji simvolu olan “Şir”lər daha çox saraylarda,  ictimai yerlərdə – mitinq və toplantılarda, bir sözlə, adamlar çox olan  yerlərdə ölürlər. Aldıqları və ölümlərinə səbəb ola biləcək xəsarətlər  isə bunlar olur: infeksion xəstəliklər, edam, müharibədə yaralanma,  yanıq, ürək dayanması və s.

Məşhur “Şir”lər: Həzrəti Əli (ə),  Xan Şuşinski, Niyazi, Mustafa Topçubaşov, Cəmşid Naxçıvanski, Şıxəli  Qurbanov, Məmmədrza Şeyxzamanov, Əhsən Dadaşov, Xudu Məmmədov, Mirvarid  Dilbazi, Aydın Qaradağlı, Seyfəddin Dağlı, Maral Rəhmanzadə, Flora  Kərimova, İlhamə Quliyeva, Afaq Bəşirqızı, Müslüm Maqomayev (nəvə),  Rafiq Hüseynov (diktor), Mehriban Ələkbərzadə, Bəxtiyar Vahabzadə,  Şahmar Ələkbərov, Rasim Balayev, Etibar Elkin, Anatoli Banişevski,  Toğrul Nərimanbəyov, Rəfiqə Axundova, Akif İslamzadə, Pənah Hüseyn,  Əlisa Nicat, Rəfael Hüseynov, Azər Paşa Nemətov, Kamal Talıbzadə, Alim  Qasımov, Kamil Vəli Nərimanoğlu, Vasif Adıgözəlov və b.

Müəllif : Səbuhi rəhimli

Qoç bürcü
Ulduzlar sistemində ilk yeri tutan Qoç bürcü martın 21-dən aprelin 20-nə  qədər olan müddəti (31 gün) əhatə edir. Ünsürü od, planeti Mars və  Gü-nəş, xoşbəxt rəqəmi 9 (9 işlənən bütün rəqəmlər), astroloji rəngi  moruğu, qırmızı, sarı-qızılı və bütün parlaq rənglər, qiymətli daşları  almaz, akvama-rin və ametistdir.

Bu Zodiak işarəsi astronomik  baxımdan o qədər də diqqəti cəlb etmir. Belə ki, səmanın Şimal  yarımkürəsində yerləşən Qoç bürcündə müşahidə edi-lən obyektlər yoxdur.  Zodiakı əhatə edən 12 bürc arasında yeganə qəmli duruş da məhz Qoçlara  aiddir. Sözügedən işarənin daşıyıcıları həyatın həl-ledici məqamlarında  təklənir, kədərli hadisələrə yuvarlanırlar: ağrı-acılar, it-kilər,  uğursuzluqlar və s.

O ki qaldı Mars planetinə, ilk öncə qeyd  etmək istərdik ki, bu planet astro-nomik hesabla 4-cü sırada yerləşir.  Qədim yunanlar onu müharibə allahı Marsın şərəfinə belə adlandırıblar.  Bu planetin radiusu 3390 km, elementi od, tərkibi istilik, xarakteri isə  hakimlikdir. Müasir astrologiya mütəxəssisləri 2000-ci ildən Günəşi də  Qoç bürcünün planeti kimi göstərirlər. Bu nəhəng kosmik obyekt  astronomiyaya görə sıravi planet hesab olunur. Onun adını qədim dünya  dövlətləri həmişə yaxşılığa çəkiblər. Hətta müqəddəs dinimiz olan  zərdüştilikdə də Ulu Hörmüzü bəzən Günəş Allahı adlandırırdılar. Bu  parlaq obyektin radiusu 696 min km, elementi od, tərkibi quraqlıq,  xarakteri isə hakimlikdir.

Torpağın oyanışı ilə üst-üstə düşən  Qoç bürcü hər şeydən əvvəl insanlara xeyir-bərəkət, çal-çağır və ən  əsası barışıq gətirir. “Avesta” təqvimi ilə yeni ilin başlanğıcı hesab  olunan bu Zodiak işarəsi hər bir kəsdə yüksək əhval-ruhiyyə, əzəmət və  işlərində sürətli inkişaf təlqin edir. Lakin Balıqlar dövrü ilə  müqayisədə 31 günlük müddəti əhatə edən Qoç bürcü sanki çılğın  situ-asiyaların, gərgin proseslərin məntiqi davamıdır. Çünki tarixi  xronologiyaya nəzər salanda ən böyük ixtişaşların daha çox bu dövrə  düşdüyünün şahidi oluruq. Təkcə məmləkətimizdə baş verən iki böyük faciə  yuxarıda dediyimi-zə əyani sübutdur: Bakıda ermənilər tərəfindən 15 min  azəri türkünün qətli-nə səbəb olan soyqırım (31 mart, 1918-ci il) və  Kəlbəcərin işğalı (2 aprel, 1993-cü il).

Bütün bunlara baxmayaraq  Qoç dövrünün özünəməxsus gözəllikləri də is-tisna deyil. Belə ki,  elmi-texniki tərəqqi, təhsil, mədəniyyət, ədəbiyyat və di-gər sahələrdə  inkişaf da Qoçların əhatəsindədir. Mətbuat sahəsində fəaliy-yət göstərən  həmkarlarımızın nəzərinə çatdırmaq istərdik ki, Qoç bürcünün gəlişi  onlar üçün daha düşərli olur. Ən azı ona görə ki, həmişə  jurnalistika-nın ən əzəmətli inkişafı da məhz göstərilən ərəfəyə düşür.

Qoç  işarəsi altında dünyaya gələn adamlar ilk növbədə qeyri-adi həyat  qüvvəsinə, nikbinliyə malik olmaları ilə seçilirlər. Onlar öz  şərəflərini qoru-mağı bacarır və onu hər şeydən üstün tuturlar. Bu  Zodiakın himayəsində doğulanlar ətraflarında cərəyan edən hadisələrə  hamıdan tez reaksiya ve-rir, daima müasir dövrlə yaşayırlar. Loru dillə  desək, ömrü boyu kommunist olan “qoç”lar indi ən demokratik bir lider də  ola bilir. Bu işarənin himayəsin-də olan adamların böyük əksəriyyəti  şöhrətpərəst olsa da, ehtiyatlı, enerjili, eləcə də hiyləgərdirlər. Əgər  kənardan kimsə istiqamətləndirməsə, Qoçlar heç vaxt xoşbəxt olmurlar.  Çünki onların maksimal romantikliyi çətinliklə baş-başa qalanda  köməklərinə çatmır. Bu adamlar genişqəlbli olduqları qə-dər də  eqoistdirlər. Belələri sevgidə nadir hallarda yanılır, həmişə özlərinə  layiqli tərəf-müqabil seçirlər. Amma başqalarının təhriki ilə evlənib  qəlbləri-nin ziddinə gedəndə bədbəxt də olurlar.

Qoça enerji  verən iş və ya yeni ideya olmadıqda, az qala bütün dünya onun gözündən  düşür. Lakin adətən bu hal tez keçib gedir və Qoç yenə də həmişəki  nikbin vəziyyətinə qayıdır. Düşüncə və ideya baxımından ona da-ha çox  yabanı, cilanlanmamış, lakin çox böyük enerjiyə malik olan ideyalar  xarakterikdir. O, bir qədər dar düşünür və etiraza qulaq asmır.  Depressiya-da olan Qoç əsasən belə düşünür: “Mən orijinal birisi  deyiləm, heç kim mə-ni görmür, heç kim məni olduğum kimi görə bilmir,  görmək istəmir”.

Nifrət, əsəbilik və qəzəb partlayışları isə  daha çox primitiv Qoç üçün xarak-terikdir. Ali Qoç primitiv Qoçdan son  dərəcə fərqlənir. Adi Qoç kobud, primi-tiv, bir sözlə, əsl əsgərdirsə,  Ali Qoç daha çox ordunu böyük savaşlara ruh-landıran və aparan  generaldır. Ali Qoçda nə kobudluq var, nə də vəhşilik. Bu xüsusiyyətlər  onda anlaşma və müdrikliklə əvəz olunub. Böyük işləri həyata keçirməyə  qabil olan güclü enerji isə dəyişməz qalır. Ali Qoçu allah-lardan odu  oğurlayıb insanlara bağışlayan Prometeylə müqayisə etmək olar. Eynilə  Prometey kimi o da öz enerjisini insanlarla bölüşür.

Qoçlar şəxsi  maraqlarını hər şeydən üstün tutan adamlardır. Onlar daima keçmişin acı  xatirələri ilə yaşayır, sınmış qəlblərində ağrı gəzdirirlər. Bu  sə-bəbdən də haqqında danışdığım Zodiak demək olar ki, heç vaxt ürəkdən  gülmür. Hətta belə bir şey baş verərsə, buna inanmaq çətindir. Çünki  onla-rın gözləri həmişə kədərli olur. Göz demişkən, bir şeyi də  diqqətinizə çatdır-maq istərdik. Qoç bürcünün sakinləri yüksək  intuisiya, hissetmə, öncəgör-mə qabiliyyətlərinə görə digərlərindən  fərqlənirlər. Onların gözlərində güclü hipnoz bacarığı da olur. Hətta bu  səbəbdən orta əsrlərdə belə adamları ca-dugərlikdə günahlandırıb  inkvizisiya tonqalında yandırırdılar. Yeri gəlmiş-kən, mart ayında  doğulan Qoçlarla apreldə dünyaya gələn Qoçların ara-sında böyük fərqlər  var. Belə ki, birincilər digərlərinə nisbətən daha tez məşhurlaşır, daha  çox ədəbiyyat və incəsənətə meylli olurlar (Səməd Vur-ğun, İsmayıl  Şıxlı, Lütvəli Abdullayev, Cəfər Cabbarlı və b.). İkincilər isə bir  qədər radikal, əsəbi və siyasət həvəskarı olurlar (Etibar Məmmədov,  Ramiz Mehdiyev, Ramil Usubov, İsgəndər Həmidov, Tofiq Qasımov və b.). Bu  adamlar üçün həzin bir musiqi, şam işığı və müvəqqəti tənhalıq yetər  ki, “dağı dağ üstünə” qoysunlar.

Bu işarə altında dünyaya  gələnlər adətən ortaboylu, orta çəkili, uzun bo-yunlu, ala və ya qəhvəyi  gözlü olurlar. Nisbətən sarı bəniz, yuxarı dartılmış çatma qaşlar,  qabarıq burun, şabalıdı saçlar, qabağa çıxmış iri dişlər və al-macıq  sümüklər, dəyirmi al yanaq, quru, pıtraq, bəzən də qıvrım saçlar, enli  sümük, dəqiq, ifadəli baxışlar Qoçlar üçün xarakterikdir.

Seyers  və Vinni adlı münəccimlərin “Qoroskopdan pis xəbərlər” kitabında Qoçlar  haqqında belə yazılıb: “Əgər siz Qoç bürcündən heç olmasa bir nə-fər  tanıyırsınızsa, onda həmin şəxsdə dinamikliyin, qorxmazlığın və  qüvvə-tin nə olduğunu görərsiniz. Kişi-Qoçlar paxıl, lakin sona qədər  mübariz, qəddar və hətta daşürəkli olurlar. Qadın-Qoçlar dünyəvi  məsələlərdə çox-luq gedən yolla gedir, digər məsələlərdə isə yalnız öz  fikirlərinin yeridirlər. Buna baxmayaraq, statistika göstərir ki,  Qoçların 90 faizi bütün ömrü boyu “ana uşağı” kimi qalırlar”.

Əksər  Qoçlar rüşvət verməyi xoşlamadığı kimi, almağı da sevmirlər. Yalnız  haqq-ədalət tərəfdarı kimi tanınan belələri bunun naminə hətta güclü  təzyi-qə, ölümə də tuş gəlirlər. Əgər metroda və ya avtobusda hansısa  bir qıza xuliqanlar sataşsa və hamı susduğu halda birisi qızı müdafiə  etsə, bilin ki, o, mütləq Qoç bürcündəndir. Amma nədənsə orta əsrlərdə  bu adamları ən aqressiv və dağıdıcı kimi qələmə verirdilər.

Acıdil,  çoxdanışan, “Həmişə öz fikrim həqiqətdir” düşüncəsində olan Qoç-lar  başqaları tərəfindən qəbul edilməyəndə məyus olur, bəzən sakit bir  gu-şəyə çəkilib insanlardan təcrid də olunurlar. Amma heç vaxt ruh  düşkünlü-yünə mübtəla olmur, əksinə, daha əzmkarlıqla mənəvi  boşluqlarını qısa bir zamanda doldurmağa çalışırlar.

Qoçlar  digər Zodiak işarələrinə nisbətən o qədər də səliqə-sahmana fikir  vermirlər. Daima zövqsüz və ya sadə geyinən bu adamlar kənardan necə  qiymətləndiriləcəklərinə əhəmiyyətsiz yanaşırlar. Onlar baş verən hər  bir hadisənin mahiyyətindən daha çox romantik meyarlarına diqqət  kəsilirlər. Qoçlar təzadları sevir, “Ќecə varamsa, o cür də qəbul et!”  prinsipinə üstün-lük verirlər.

Söhbətimizin əvvəlində qeyd  etdiyimiz kimi hələ qədimlərdə bu bürc altında doğulanlara ilahi bir  varlıq kimi yanaşırdılar. Elə bu səbəbdən də Qoçlara həmişə yüksək  peşələrdə çalışmağı tövsiyə edirdilər. Müasir astrologiya bu adamlardan  daha çox ədəbiyyat və incəsənət xadimləri yetişdiyini bildirsə də, antik  və orta əsr münəccimləri onların siyasət, hərb və səhiyyə sahələ-rində  daha yararlı olduğunu vurğulayırdılar.

Məşhur “qoç”lar: Muhəmməd Əleyhissəlam, Əmir Teymur, Nikolay Qoqol, Aleksey Ostrovski,  Maksim Qorki, Çarli Çaplin, Adolf Hitler, Mayn Rid, Jan Pol Belmondo,  İohann Bax, Helmut Koll, Aleksandr Lebed, Nəsibə Zeyna-lova, İsgəndər  Həmidov, Tofiq Qasımov, Etibar Məmmədov, Ramil Usu-bov, Firəngiz  Mütəllibova, Zemfira Nərimanova, Ceki Çan, Eddi Merfi…

Müəllif : Səbuhi rəhimli

Balıqlar bürcü
Qışdan Bahara keçid dövrünü təşkil edən Balıqlar bürcü ilk növbədə  emosiyaları qıcıqlandırması ilə diqqəti cəlb edir. Belə ki, əgər özündən  əvvəl gələn Sutökən bürcü cəmiyyətdə gedən proseslərə, qarşıdurma və  müharibələrə sabitlik gətirirsə, haqqında yazdığımız işarə yenidən  gərgin situasiyaların başlanmasına zəmin yaradır. Balıqlar bürcünün  gəlişi ilk növbədə yaradıcı adamları, xüsusən də qələm əhlini  həvəsləndirir. Onlar öz peşələrində müvəffəqiyyətə nail olmaq üçün  fədakarlıq göstərir, qış boyu yarımçıq qalan işləri məmnuniyyətlə davam  etdirirlər.

Balıqlar bürcü kənd əhalisi üçün də əlamətdar olur.  Əkinçiliklə məşğul olan bölgələrin sakinləri yazqabağı tarlalara çıxır,  sadə dillə desək, tər tökməyə başlayırlar. Bir amili də yadda saxlamaq  lazımdır ki, təbiətin oyanışı və Novruz çərşənbələri də “Balıqlar”ın  dövrünə təsadüf edir.

Balıqlar bürcünün adı daha çox xristianlarla  bağlıdır. Hətta qədimlərdə balığı xristianlığın simvolu sayırdılar.  “Balıq” sözü isə (yunanca: ichtis) məna etibarilə üç müqəddəs kəlməni  izah edirdi: İsa Məsih, Allahın Oğlu, Xilaskar.

Astronomik parametrləri

Ulduzlar  sistemində sonuncu – yəni 12-ci yeri tutan Balıqlar bürcü bir qayda  olaraq fevralın 20-dən martın 20-nə qədər olan dövrü əhatə edir. Ünsürü  su, planeti Neptun və Yupiter, rəngi bənövşəyi, göy, rəqəmi 6 və 7, daşı  ametist, zümrüd, sapfir, çiçəyi nərgiz, yasəmən, metalı sink, uğursuz  günü çərşənbə, uğurlu günü isə cümə axşamıdır.

Bu bürcü əmələ  gətirən ulduzlar Göy qübbəsinin 900 kvadrat dərəcəlik sahəsini tutur.  Onun tərkibində adi gözlə görünən 75-ə qədər ulduz var. Lakin  “Sutökən”də olduğu kimi bu bürcdə də heç bir parlaq ulduz yoxdur.  “Balıqlar”ın tutduğu sahə demək olar ki, səmanın bütünlüklə şimal  yarımkürəsini əhatə edir.

Bu zodiakın ulduzlar sistemindəki təsvir  pozası olduqca maraqlıdır: balıqların hər ikisi bir-birinə “bağlanıb” və  sanki yem axtarmaq üçün həmin nöqtədən çıxıblar. Onlardan biri yuxarı –  Göy qübbəsinin cənub yarımkürəsinə üz tutub, digəri isə ağzını  “Sutökən”in dolçasından axan suya yönəldib. Lakin su onun yaxınlığından  keçib başqa yerə – Cənub Balığı bürcünün ağzına axır. Qənaətlərimizə  görə, bu balıqlar tələyə salınıb və azadlıq naminə o tərəf-bu tərəfə  çabalayırlar (quyruqlarındakı qandallar da dediyimizə əsas ola bilər –  S.R.). Çünki sadaladığımız xüsusiyyətləri bəhs etdiyimiz bürcə şamil  olunan adamlarda da görmək olar. Səma xəritəsində “Balıqlar”ın digər  qonşusu – “Qoç” isə neytral bir mövqe seçib. Hər iki bürcün bir-birindən  fərqi böyük olduğu üçün onların arasında görünməz bir sədd var. Bu isə  ona dəlalət edir ki, hər iki zodiak işarəsindən olan şəxslər həyatda  bir-birinə qarşı bir qədər ehtiyatlı yanaşmalı, ələlxüsus da işbirliyi  yaratdıqda tədbirli olmalıdırlar. Əks təqdirdə onların münasibətləri  asanlıqla pozula bilər. Balıqlar bürcünün gecə evi olan Neptun  astronomik hesabla 8-ci sırada yerləşir. Onun radiusu 2510 km, elementi  su, xarakteri soyuqluqdur.

Bu bürcün ikinci planeti – Yupiter isə  astronomik hesabla 5-ci sıradadır. O, Ay və Veneradan sonra Yerə ən  parlaq işıq saçan obyektdir. Onun radiusu 71300 km, elementi hava,  tərkibi istilik, xarakteri hakimlikdir. Bəziləri Yupiteri “Böyük  xoşbəxtlik planeti” də adlandırırlar.

Xarakterik xüsusiyyətləri

Balıqlar  bürcü altında dünyaya gələn adamlar ən qəribə zodiak işarəsi hesab  olunurlar. Orta əsr münəccimləri bu cür şəxsləri təmkinlərinə və uzun  ömürlərinə görə digərlərindən fərqləndirirdi. Qənaətlərə görə,  “Balıqlar” qısa zamanda, həmçinin gənc yaşlarında ikən məşhurlaşa  bilirlər. Haqqında yazdığımız bürcün sakinləri uzaqgörənlikləri  sayəsində öz həyat və peşə perspektivlərini neçə illər öncədən təyin  edir və yanılmadan fəaliyyət göstərirlər.

Qərb münəccimləri isə  “Balıqlar”ı iki xüsusi keyfiyyətə bölürlər. Bu, artistlik bacarığı və  siyasətçilikdir. Qədim Babil münəccimləri belə hesab edirdilər ki,  Balıqlar bürcünün himayəsində dünyaya gələnlər özündən əvvəlki  işarələrin hərəsindən bir neçə xüsusiyyət “oğurlayıb”. Bu səbəbdən də  onları həddindən artıq “təzadlı və mürəkkəb xarakterə malik adam” kimi  qələmə verirdilər.

Bu bürcün sakinləri uzaqgörən, dəqiq, işini  ehtiyatla tutan və bir qədər hiyləgər olurlar. Onlarla hansısa konfliktə  girmək təhlükəlidir. Və rəqibləri bunun üçün böyük riskə getdiklərini  başa düşməlidir. “Balıqlar” baş verən hər bir hadisəyə sakit və qərəzsiz  yanaşmağa çalışırlar. İşdir, əgər çılğınlıq və ya hövsələsizlik nümayiş  etdirsələr, mütləq məğlubiyyətlə üzləşirlər. Hətta antik dövrün  münəccimləri də belə hesab edirdilər ki, bu zodiak işarəsində dünyaya  gələn adamlar yalnız səbrli olmaqla öz niyyətlərinə qovuşa bilirlər.

Bu  şəxslər kiçikboylu görünürlər, hətta boyları kifayət qədər hündür  olduqda da onları heç kim seçə bilmir. Balıqlar bürcündən olan sürücünü  heç təbii fəlakət də yol hərəkət qaydalarını pozmağa məcbur edə bilməz.  Hətta yolda piyada və ya başqa maneə olmayanda da, onlar yenə də dördyol  kəsişməsində avtomobili dayandırırlar. Bir sözlə, bu adamlar çox  ehtiyatlı olurlar. Əgər “Balıqlar” kiməsə qurğu və ya tələ qurmaq  istəsələr, bu, böyük hay-küy yaradır, onlar ifşa olunurlar. Belələrinin  rəhbərliyi altında çalışanlar öz müdirlərinə asanlıqla hiylə gələ bilir,  hətta bəzi hallarda onu müflisləşdirirlər də.

“Balıqlar” bir qayda  olaraq tam əmin olmadıqları işlərə baş qoşmurlar. Belə məqamlarda  uzaqgörənlik onların köməyinə, yaxın ətrafınınsa rəğbətinə səbəb olur.  Müasir münəccimlərin ən etibar etdiyi və inandığı Alan Leo bildirir ki,  əgər lazımınca qiymətləndirilmirsə, “Balıqlar” öz istedad və  qabiliyyətlərini qəlblərində saxlayır, heç vaxt büruzə vermirlər.

Bu  bürcün sakinləri yaxşı sirr saxlamağa, anlaşılmaz situasiyalardan  asanlıqla qurtulmağa qabildirlər. Onlar sevimli və zərif olduqları kimi,  narahat və hövsələsiz də olurlar. Orta əsrlərdə bu adamları bəxti  gətirməyənlər, yaxud da ikili həyat yaşayan adlandırırdılar. Belələri öz  talelərilə tez barışır və “yəqin belə də olmalıymış” düşünürlər.  “Balıqlar” üçün ən təhlükəli məqam öz səlahiyyətlərini başqalarına  həvalə edərkən yaranır. Bəzən bu, onların həyatı bahasına başa gəlir,  talelərinə qüssə və bədbəxtlik gətirir. Odur ki, “Balıqlar”a özlərinə  böyük inam bəsləmələri məsləhət görülür.

Həssas və zəif “Balıqlar”  magik təsirə məruz qalan bürcdür. Buna baxmayaraq, onlar fövqəltəbii  varlıqlara meylli olurlar. Amma bu işlərlə məşğul olmaq onlara məsləhət  görülmür. Əks halda fəlakətlə, xəstəliklərlə üzləşə bilərlər. Onlar  müdafiəsiz və dözümsüz olur, bəzən problemlərini özləri həll etmək  istəyirlər. Öz düşmənlərindən intiqam almaq üçün magiyadan istifadə edir  və nəticədə bundan yalnız özləri əziyyət çəkirlər. “Balıqlar” həm də  tez-tez maraqlı yuxular görür, lakin bu yuxuları şərh edə bilmirlər.  Əgər onlar inadkar şəkildə fövqəltəbii varlıqlarla, mərasimlərlə məşğul  olmaq istəyirlərsə, onlara “Əqrəb” və ya “Buğa” müttəfiq ola bilər.  Onların birlikdə böyük uğurlar qazanması mümkündür.

Yer  kürəsində bu bürclər qədər haqqı tapdanan, get-gələ salınan yoxdur.  Hətta bəzən buna görə onlarda hamıya qarşı inamsızlıq hissi baş  qaldırır. Apardığımız müşahidələrə görə, Balıqlar bürcündən olan  adamların ürəyində daimi bir “dağ” olur və bu “dağ” zaman-zaman onları  üzüntülərə məruz qoyur. Hətta bir çox hallarda bu bürcün sakinləri həmin  “dağ”ın ucbatından ya olduqca gec evlənir, ya da ömürlərinin sonuna  qədər subay qalırlar (Bu sıraya ayrılmalar da şamildir – S.R.).

Qədim  zərdüştilik astrologiyasında “Balıqlar”ın taleyini iki dövrə  bölürdülər. Kahinlərin qənaətincə, bu adamlar ən əziz simsarlarından  birini itirir və bununla da onların taleyində ikinci dövr başlayır,  böyük dəyişikliklər baş verir.

Elə güman etməyin ki, haqqında  yazdığımız bürcün xarakteristikası yalnız bədbin notlar üzərində  köklənib. Əslində, əyləncəyə həvəsinə, yumor hissinə, mehriban  ünsiyyətinə və sadiqliyinə görə onlar həmişə seçilirlər.

Peşə yönümləri

Bu  bürc altında doğulanlara hələ qədimlərdən ağır işlərdə işləməyi  məsləhət görmürdülər. Peşəkar münəccimlər Balıqlar bürcündən olan  adamlara daha çox yaradıcı fəaliyyətlə, incəsənət və ədəbiyyatla məşğul  olmağı məsləhət görürdülər. Müasir dövrümüzdə isə onlar həm də  siyasətlə, elmi fəaliyyətlə, texnologiya ilə məşğul olur, yüksək  artistlik bacarığı ilə minlərlə, milyonlarla insanın diqqət mərkəzində  olurlar.

Məşhur “Balıqlar”: Corc Vaşinqton, Çarlz Darvin,  Əbdürrəhim Bəy Haqverdiyev, Musa Nağıyev, Əlibəy Hüseynzadə, Süleyman  Rüstəm, Fərman Kərimzadə, Bəşir Səfəroğlu, Mustafa Mərdanov, Əlağa  Kürçaylı, Mövlud Süleymanlı, Şəmsi Bədəlbəyli, Vaqif Mustafazadə, Çak  Norris, Süleyman Ələsgərov (bəstəkar), İmam Mustafayev, Elmira Qafarova,  Viktor Yuşşenko, İsa Qəmbər…

Müəllif : Səbuhi rəhimli

Əkizlər bürcü
Bu bürc altında doğulanlar bacarıqlı vəkil, ticarətçi, hüquqşünas  olmaqla yanaşı, bəzən mahir fırıldaqçıya da çevrilirlər

Yola  saldığımız Buğa bürcündən fərqli olaraq Əkizlər bürcünün əhatəsi istər  cəmiyyətdə, istərsə də sosial həyatda gedən proseslərə o qədər də ciddi  təsir etmir. Hələ qədimlərdə bu zodiakın qeyri-müəyyənliyini, prosesləri  yubatmasını pisləyir, taleyüklü məsələlərin həllini sonrakı bürclərin  dövrünə saxlayırdılar. Antik dünyanın münəccimləri “Əkizlər”in ikili  xarakterinə, “ziddiyyətli iki nəfər” olmasına həmişə ehtiyatla  yanaşırdılar.

Ulduzlar sistemində üçüncü yeri tutan Əkizlər bürcü  təxminən mayın 22-dən iyunun 21-nə qədər olan dövrü (31 günü) əhatə  edir. Ünsürü hava, planeti Merkuri, xoşbəxt rəqəmi 3, 5, 12, 18, düşərli  günü çərşənbə, bazar, düşərsiz günü cümə axşamı, astroloji rəngi  bənövşəyi, boz, açıq-sarı, narıncı, uğursuz rəngi yaşıl, qiymətli daşı  əqiq, dağ kristalı, metalı qızıl, gümüş, enerji verən çiçəyi marqaritka,  lalə, jasmin, nərgiz, müxalif bürcü isə Oxatandır.

Əkizlər bürcü  Göy qübbəsində 524 kvadrat dərəcəlik sahəni tutur. Ona adi gözlə görünən  70 ulduz daxildir. Kastor və Polluks ulduzları isə daha parlaqdır.  Səmanın şimal yarımkürəsində yerləşən Əkizlər bürcü digər zodiak  işarələrindən yüksəkdə durur.

Bu bürcün planeti olan Merkuri  astronomik hesabla birinci yeri tutur. Onu qədim Roma Allahı Merkurinin  şərəfinə belə adlandırıblar. Bu planet ticarət və alış-veriş işlərinə  böyük təsir göstərir, eləcə də idmanın inkişafında əhəmiyyətli rol  oynayır. Qədimlərdə Merkurini həm də ölmüş insan ruhlarının və yeraltı  aləmin hakimi hesab edirdilər. Onun radiusu 2440 km, elementi torpaq,  tərkibi quraqlıq, xarakteri isə şöhrətpərəslikdir.

Xarakterik  keyfiyyətləri

Hazırda Göy qübbəsinə hakim kəsilən bu bürc  altında dünyaya gələn adamlar ilk növbədə müşahidəçilik qabiliyyəti ilə  seçilirlər. Onlar başqalarının informasiyalarından daha çox öz  intuisiyalarına inanırlar. Bu bürcün sakinləri dünyanı olduğu kimi  deyil, öz xəyallarındakı kimi təsəvvür edirlər. Məhz bu səbəbdən də  əksər hallarda ömürləri boyu reallıqdan kənarda qalır, mürəkkəb  prosseslərdə özlərini itirirlər.

“Əkizlər”in ən böyük qüsuru ikili  fikrə malik olmalarıdır. Belə ki, onlar lazımi məqamda qərar çıxarmaqda  çətinlik çəkirlər. Bəzən hətta son ana qədər baş verən məsələyə  münasibət bildirməkdən də çəkinirlər. Əlbəttə ki, bundan əvvəl haqqında  yazdığımız Buğa bürcünün sakinləri də öz fikirlərini son məqamda  deyirlər. Lakin birincilərdə bu addım təmkinlə, uzaqgörənlikdən irəli  gəlirsə, ikincilərdə səriştəsizlikdən və qətiyyətsizlikdən doğur. Yəqin  elə bu səbəbdən də bəzi münəccimlər belələrinin etibarlı dost olmadığını  israr edir.

“Əkizlər” nadir hallarda zəmanədən şikayətlənirlər.  Onların əsas gileyi yalnız insanlar olur. Əgər belə tanışlarınız varsa,  yəqin ki, dediklərimizi təsdiqləyərsiniz. Bu zodiakın nümayəndələri  həmişə narahat görünürlər. Bəzən hətta cəmiyyətdən təcrid olunub ağır  güzəran da keçirirlər. Lakin gələcəyə romantik inam həmişə onlarda  yarana biləcək ruh düşkünlüyünün qarşısını alır. Bu bürcdən olan adamlar  özləri haqda az və ya yalnız yanlış informasiya verirlər. “Gözümlə  görməsəm, inanmaram” ifadəsi də məhz onlar üçündür. Çünki “Əkizlər”i  danışıq və məsləhətlə yola gətirmək nadir hallarda baş tutur. Bu şəxslər  təcrübələri olmayan heç bir prosesə inanmırlar. Çevik və aktiv olan  “Əkizlər” başladıqları işi axıra çatdırmağa meylli olsalar da, bu istək  çox vaxt reallaşmır. Münəccimlər hesab edir ki, bu zodiak işarəsi  altında dünyaya gələnlərin qəlbində böyük mərhəmət və xeyirxahlıq hökm  sürür. Sadəcə olaraq, bunu üzə çıxarmaqda çətinlik çəkirlər. Bəzən  ömürlərinin sonuna qədər sadaladığımız bu mühüm keyfiyyətləri büruzə  verə bilmirlər. “Əkizlər” tənhalıqdan çox qorxurlar (axı onlar bir nəfər  deyil – S.R.). Çox vaxt belə hallardan üzülüb özlərinə qəsd də edirlər.

Karmaya görə, hava işarəsi olan “Əkizlər” kommunikasion əlaqəni  təcəssüm etdirir. O, əlaqə, informasiya və kibernetikanı idarə  etdiyindən müasir sivilizasiyada olduqca vacib rol oynayır. Beləsi üçün  daha çox hər hansı informasiyanı səthi şəkildə qavramaq və dərhal da  başqasına ötürmək xarakterikdir. Onun bu qədər qeyri-dəqiq olmasının  müsbət tərəfləri də var. “Əkizlər” insanı mahiyyətə varmadan  aralaşdırıb, səthə çıxararaq bir növ ruhi əzabları yüngülləşdirir.  Bununla da yeniləşməyə səbəb olur.

Ali Əkizlər hər hansı bir  məsələnin mahiyyətinə varmaqla məşğuldur. Bunu sözün əsl mənasında  onların məşğul olduqları sahənin fələsəfəsi də adlandırmaq olar. Hər bir  elmdə və ya insan fəaliyyəti sferasında müəyyən qanunlar var ki, bunlar  da elmi yox, daha çox mistik xarakter daşıyır. Ali Əkizlər məhz bu  qanunları kəşf etmək üçün Yer kürəsinə göndərilir. Beləsi dinin və  fəlsəfənin sintezini yaratmağa çalışmalıdır.

“Əkizlər”in diqqətini  cəlb etmək üçün həmişə yüksək əhval-ruhiyyədə olmaq lazımdır. Onlar  daxili aləmini sonacan dərk etmədikləri, sirli, qeyri-adi insanları  sevirlər. Unutmaq olmaz ki, “Əkizlər” hər şeylə maraqlanır,  fantaziyaları sevirlər. Onlar məşhur insanları, parlaq söhbətləri və  əyləncələri olan cəmiyyətə çıxmaq istəyirlər.

Bu şəxslərə xas olan  uzaqgörənlik və ehtiyatlılıq heç də özünü həmişə doğrultmur. Bunlar  bir-birilə mübarizə apara, hər iki tərəfə kömək edə və ya aranı  qızışdıra bilərlər. Onlar məhz bu cür xarakterə qadirdirlər. Onlar hətta  “yayda qar da tapa bilərlər”. Hər işi bacarmalarına baxmayaraq,  “Əkizlər”in intim əlaqədəki cəhdləri uğursuzluqla nəticələnir.

Qadın-Əkizlər  çoxlu açarları olan vəzifəli şəxslərə qarşı xüsusi ehtiras bəsləyirlər:  bu vəzifəli şəxs bank direktoru, türmə rəisi və s. ola bilər. Bu cür  insanlar rəhbər orqanlara keçdikdən sonra çətinlikləri bəhanə gətirərək,  öz tərəf-müqabillərini “soymaqla” məşğul olurlar.

Kişi-Əkizlər isə  bu cür haqsızlığa dözə bilmir, bunun qarşısını almaq üçün əllərindən  gələni edirlər.

Bu bürcə aid insanlar istənilən mühitdə uğur qazana  bilərlər. Lakin əminliklə demək olar ki, onlar heç bir sahəni  mənimsəmirlər. Onların karyera qurmaq üçün ən yaxşı şansı musiqidə,  ələlxüsus da ədəbiyyat sahəsində olur. “Əkizlər” maliyyə və kapitalla  rəftar etməyi bacarmırlar. Buna görə də pulla bağlı problemlər az qala  bütün ömürləri boyu onları təqib edərək çoxlu sıxıntılara, hətta ailə  qalmaqallarına da səbəb olur. Onların fəaliyyət göstərməsi üçün nisbətən  uğurlu mühit radio, televiziya və dilçilikdir. Həmçinin kapital qoymaq  üçün onların ən uğurlu sahəsi kağız istehsalıdır.

Bir şeyi də  nəzərinizə çatdıraq ki, barəsində yazdığımız bürcün qadınları əzmkarlıq,  zəhmətkeşlik baxımından heç də kişilərdən geri qalmırlar. Müasir  astrologiyaya görə, Əkizlər və Oğlaq bürcünün qadınları evlilik  həyatında ailə başçısı missiyasını öz üzərlərinə götürürlər. Bəzən də  ailəsini təkbaşına dolandırırlar.

Ümumiyyətlə, “Əkizlər”in müəmmalı  cizgiləri çoxdur. Bəzən onların halı xarab olanda ətrafdakıların  ovqatını səbəbsiz yerə korlayır, müəyyən vaxtdan sonra buna görə  təəssüflənib üzr istəyirlər. Fikirlərini konkret bir məsələ üzərində  cəmləşdirə bilməyən “Əkizlər” bəzən nəyisə təhlil edir, hərtərəfli  aydınlaşdırır, sonra isə bunu yarımçıq qoyub başqa bir işə girişirlər.  Bu xüsusiyyət isə onları başqalarından üstün göstərə bilmir. Bu  adamlarda nəzakət və mülayimlik az olur. “Əkizlər” hətta sevəndə də  qısqanclıq və çığır-bağır səhnələrinə davam gətirməkdənsə, qaçmağı vacib  sayırlar. Onlar öz hisslərini çox ustalıqla gizlədə bilirlər. Bu işarə  altında doğulanların sevgisini qazanmaq üçün əvvəlcə özünüz onlara  məhəbbətinizi bildirməlisiniz. Çünki “Əkizlər” öz sevgisini heç vaxt  etiraf etməyəcək, səylə öz hisslərini gizlətməyə çalışacaqlar. Onlar  evlilik həyatında, ailədə uşaqları çox sevir, amma onlara qarşı o qədər  də diqqətli olmurlar.

Bu bürc altında dünyaya gələn adamlar ən  müxtəlif peşə qabiliyyətlərinə malik olurlar. Müasir dünya astrologiyası  “Əkizlər”dən bacarıqlı vəkil, ticarətçi, katib, hüquqşünas, müəllim,  səyahətçi, natiq, filosof, siyasi vasitəçi, bəzənsə fırıldaqçı və  oğrular yetişdiyini bildirir. Amma bütün dövrlərin nücum elmi birmənalı  qaydada bəyan edir ki, Əkizlər bürcünə şamil edilənlər daha çox mətbuat  işçisi kimi yararlı olurlar. Çünki bu adamlar qədər informasiyanı tez  qəbul edənlər yoxdur. Çox güman ki, məmləkətimizdə çıxan qəzetlərdə  fəaliyyət göstərən “Əkizlər” digər həmkarlarına nisbətən daha fəaldır.

İdarəedici  “Əkizlər” isə yaradıcı, oyun qaydalarını yaxşı bilən, bəzi hallarda isə  hiyləgər olurlar. Ona tabe olanlara mütləq sərbəstlik lazımdır. Bu  rəhbərlə şəxsi münasibətləri dərinləşdirmək məsləhət deyil. Yoxsa öz  problemlərinizlə onda sizə qarşı ikrah yarada bilərsiniz. Rəhbər  “Əkizlər”lə ehtiyatlı olmağınız da vacibdir. Çünki o, kənar təsirlərə  tez uyur, işçiləri haqqında deyilən hər yalana inanırlar. Bu səbəbdən də  karyeraya yetişmək istəyirsinizsə, öz giley-güzarınızı bir tərəfə atıb  yalnız fəaliyyətlə məşğul olmalısınız. Yaxşı olar ki, müdirinizə yeni  ideyalar verəsiniz. Amma yumor hissinizi də dondurmamalısınız.

Məşhur  “Əkizlər”: Qasım Bəy Zakir, Mirzə Şəfi Vazeh, M.Ə.Sabir, Qaçaq Ќəbi,  Məmməd Arif, Möhsün Sənani, Hökumə Qurbanova, Mikayıl Müşfiq, Vaqif  Səmədoğlu, Hamlet Xanızadə, Xuraman və Fidan Qasımovalar, Hacı  Xanməmmədov, Ќiyaməddin Musayev, Ömür Ќağıyev, Afaq Məsud, Amaliya  Pənahova, İsa Hüseynov, Bəsti Cəfərova, Hacağa Abbasov, Eldar  Rzaquliyev, Ќazim İmanov, Söhrab Tahir, Mehdi Məmmədov, Habil Əliyev,  İlyas Əfəndiyev, Asim Mollazadə, Ramiz Fətəliyev, Gülyanaq Məmmədova,  Oqtay Mirqasımov və b.

Müəllif : Səbuhi rəhimli