Visente Blasko İbanyes (29 yanvar, 1867, Valensiya-28 yanvar, 1928, Mentona, Fransa) ispan yazıçısı. “Apokalipsisin dörd atlısı” (1916), “Bizim dəniz” (1918) romanlarında Birinci dünya müharibəsi təsvir edilir. Bəzi hekayələri (“Qatar tüfeylisi”, “Dənizdə” və s.) Azərbaycan dilinə tərcümə olunmuşdur. Valensiya əsərləri arasında “Xutor” və “Kurtizanka Sonnika”-dır. “Qan və qum” romanında matadorun həyatı və eşqi təsvir edilir.
