Cavadzadə Əli Qulu oğlu (Əli Tudə) – şair, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əmək veteranı (1986), Əməkdar incəsənət xadimi (1987).
Həyatı
Tam Adı
Əli Qulu oğlu Cavadzadə
Doğum Tarixi
31 yanvar, 1924
Doğum Yeri
Bakı
Ölüm Tarixi
26 fevral, 1996
Ölüm Yeri
Bakı
Əli Tudə 1924-cü il yanvarın 31-də Bakı şəhərində anadan olmuşdur. Burada 150 saylı orta məktəbin yeddinci sinfini bitirmişdir. Bu dövrdə Osman Sarıvəllinin rəhbərlik [...]
Həyatı
Doğum Tarixi
1812
Doğum Yeri
Cənubi Azərbaycan Qaradağ Üştibin
Ölüm Tarixi
1874
Nəbati Güney Azərbaycanın Qaradağ mahalının Üştibin qəsəbəsində ruhani ailəsində anadan olmuşdur. Təbrizdə nəşr edilmiş 7500 misralıq divanındakı şeirlərin yarısı Azəri türkcəsində, yarısı farscadır. Ancaq Nəbatinin heca vəznində, xalq şeri üslubunda yazdığı qoşmaların, gəraylıların çoxu bu divana daxil edilməmişdir. Bu əsərlər isə Nəbati yaradıcılığının ən gözəl örnəklərindəndir. Xalq poeziyası ruhunda [...]
Şəms Təbrizi şagirid Mövlanə Cəlaləddin Ruminin Divani-Şəms Təbrizi əsərində
Şəms Təbrizi (1185 – 1248) – Azərbaycan sufi-mistik şairi. Cənubi Azərbaycanın Təbriz şəhərində anadan olmuşdur.
Şəmsin müridləri çox olub. Onların arasında Əbu Bəkr Sələbaf Təbrizi, Rüknəddin Səcasi və başqaları da vardı. O, həmişə qara rəngli keçə libas geyərmiş. Çoxlu səyahətlərə çıxmış, əsasən, karvansaralarda yaşamışdır. 1244-cü ilin iyirmi altı [...]
Həyatı
Tam Adı
Səid Məşədi Xəlil oğlu Haqverdiyev
Doğum Tarixi
1887
Doğum Yeri
İran Dilməqan
Ölüm Tarixi
1909
Səid Məşədi Xəlil oğlu Haqverdiyev Cənubi Azərbaycanda yetişmiş tərəqqipərəst şairlərdəndir. Dilməqan şəhərində doğulmuşdur. Mədrəsədə oxumuş, ömrünün çox hissəsini Avropa ölkələrinə səyahətdə keçirmişdir. Farsca, fransızca yaxşı savadı var imiş. Səyahət Səid Səlmasinin istər mədəni və istərsə məfkurəvi inkişafına çox böyük təsir etmişdir. Vətəninə qayıtdıqdan sonra tərəqqi və [...]
Həyatı
SÖHRAB TAHİR
Tam Adı
Söhrab Əbülfəz oğlu Tahiri
Doğum Tarixi
6 avqust 1926
Doğum Yeri
Cənubi Azərbaycan Astara
Azərbaycanın xalq şairi, nasiri, publisisti Tahiri Şöhrab Əbülfəz oğlu (Söhrab Tahir) 1926-ci il avqustun 6-da Cənubi Azərbaycanın Astara şəhərində sənətkar ailəsində anadan olmuşdur. “Səadət” və “Şahpur” məktəblərində 9-cu sinifədək oxumuş, ailə vəziyyətinin ağırlığı üzündən atası ilə “İran-İngilis neft şirkəti”ndə işləməyə məcbur olmuşdur.
Sovet ordusunun İrana [...]
Səbri Təbrizi Qulamrza Hacı Məhəmmədəli oğlu – şair, filosof, ədəbiyyatşünas, fəlsəfə elmləri doktoru (1969), professor (1994).
Həyatı
Tam Adı
Qulamrza Hacı Məhəmmədəli oğlu Səbri Təbrizi
Doğum Tarixi
21 mart 1934
Doğum Yeri
Təbriz Cənubi Azərbaycan
Qulamrza Səbri Təbrizi 1934-cü il martın 21-də Cənubi Azərbaycanda Təbriz şəhərinin Şəkili məhəlləsində anadan olmuşdur. Burada ibtidai dini məktəbi (1940-1944), sonra Məhəmmədiyyə, Nizami və Firdovsi mədrəsələrini bitirmişdir (1944-1953). [...]
PƏRVİN ETİSAMİ
Doğum Tarixi
1907
Doğum Yeri
Təbriz
Ölüm Tarixi
1941
Ölüm Yeri
Qum
Pərvin Etisami (farsca: پروین اعتصامی) XX əsrin ən görkəmli İran şairlərindən biri.
Cəmi 35 il ömür sürən bu Azəri-əsilli şairə qadın 1907-ci ildə vali ailəsində anadan olmuşdur. Təhsilini İranda yerləşən Amerikan Qız Məktəbində almışdır. Ədəbiyyata 9 yaşından gəlmişdir. Onun yaradıcılıq tərzi insan duyğularını təbiət hadisələrinə bənzətməsi ilə seçilir. Bu dövrdə İranda [...]
Seyid Məhəmmədhüseyn Behcət Təbrizi
Məhəmməd Hüseyn Şəhriyar
Doğumu
1906
Təbriz
Vəfatı
1988
Təbriz
Seyid Məhəmməd Hüseyn Behcət Təbrizi (1906- 18 Sentyabr 1988) – daha çox Şəhriyar təxəllüsü ilə tanınan böyük Azərbaycan-İran şairi. Şeirlərini Azərbaycan və fars dillərində yazmışdır.
Şəhriyar 1906-cı ildə Təbriz yaxınlığındakı Xoşginab kəndində anadan olmuşdur. 1921-ci ildə Tehrana gələn Şəhriyar Dar-əl-Fənun məktəbində orta təhsilini tamamlayır. Sonra isə ali təhsilini Tehran Universitetinin Tibb [...]
Həyatı
MƏHƏMMƏD BİRİYA
Tam Adı
Məhəmməd Bağırzadə
Doğum Tarixi
1914
Doğum Yeri
Təbriz
Məhəmməd Biriya – (Məhəmməd Bağırzadə) Azərbaycan Demokrat Firqəsinın maarif naziri. 1914-cü ildə Cənubi Azərbaycanın Təbriz şəhərində dünyaya gəlib. Atası sənətkar olub. 1920-ci ildə Qüzey Azərbaycana muhacirət edib. İlk təhsilini Bakıda alıb. 1929-ci ildə anası vəfat etdikdən sonra yenidən Təbrizə qayıdıb. Şair milləti Pəhləvi zülmünə qarşı mubarizəyə dəvət edib. 1945-ci ildə [...]
Həyatı
MƏDİNƏ GÜLGÜN
Tam Adı
Mədinə Nurulla qızı Ələkbərzadə
Doğum Tarixi
1926
Doğum Yeri
Bakı
Ölüm Tarixi
1992
Ölüm Yeri
Bakı
Azərbaycanın görkəmli şairi, əməkdar incəsənət xadimi Ələkbərzadə Mədinə Nurulla qızı (Mədinə Gülgün) 1926-cı il yanvarın 17-də Bakıda fəhlə ailəsində anadan olmuşdur. Burada İbtidai məktəbi bitirmişdir. 1938-cı ildə ailəliklə Cənubi Azərbaycanın Ərdəbil şəhərinə köçmüşlər. Sonra Təbriz şəhərində yaşamış, əmək fəaliyətinə burada toxuculuq karxanasında başlamışdır. Gənc yaşlarından demokratik [...]