«Əncüməni-şüəra» Məlumdur ki, XIX əsrdə Azərbaycanın bir sıra yerlərində ədəbi məclislər yaranmışdı. Həmin dövrdə Bakıda «Məcməüş-şüəra», Şamaxıda «Beytüs-Səfa», Qubada «Gülüstan», Lənkəranda «Fövcül-füsəha», Qarabağda «Məclisi-üns» və «Məclisi-fəramuşan» adlanan ədəbi məclislər fəaliyyət göstərirdilər. Belə məclislərdən biri də 1831-ci ildə Ordubadda yaradılmış «Əncüməni-şüəra» ədəbi məclisi idi. Bu ədəbi məclisi ilk dəfə təşkil edən Şeyxəli xan Kəngərli olmuşdur. Akademik [...]
