Az-Wikipedia - Azərbaycan Ensiklopediyası » Almaniya şairləri

یوهان ولفگانگ گؤته
یوهان ولفگانگ ون گؤته ، آلمانجا : Johann Wolfgang von Goethe ،دوغوم 28 آوگوست 1749 – وفات 22 مارت 1832- بؤیوک آلمان شاعر – دراماتورگو ، متفکیری و ناتورالیستی.

یاراتدیغی ایکی حیسسه دن ایعبارت اؤلمز فاوست (Faust) دراماتیک پوئماسی دونیا ادبیاتینین ان گؤزل نمونه لریندن بیری ساییلیر. گؤته نین دیگر مشهور اثرلرینه چوخ سایلی شعر – پوئمالاری – “ویلهلم میسترین تحصیل ایللری” ، “گنج وئرترین ایضطیراب لاری” آدلی مکتوب – رومانی ، “سئچمه اوخشارلیق” یاری آوتوبیوگرافیک رومان لارینی میثال گؤسترمک اولار.

گؤته آلمان ادبیاتینین و XVIII عصرین اول لری آلمانیادا وئرمار کلاسیی سیزم (Veymar klassisizmi) حرکتینین ان اؤنملی سیمالاریندان بیری ساییلیر. وئرمار حرکتی او دؤور آوروپا و آلمانیادا اینتیباه (İntibah) ، سئنتیمنتال لیق (Sentimentallıq) “توفان و حمله” (Sturm und Drang) و رومانتیزم ادبی – فلسفی جریان لارلا عینی دؤورده باش وئرمیشدیر.

فاوست (Faust) و رنگ لرین نظریه سی اثرلرینده هؤت (Höte) بیتکی لرین مورفولوژیاسینا دایر علمی فیکری لری ایله داروینه جیدی تاثیر گؤسترمیشدیر. گؤته یارادیجیلیغه سونرالار عمومیتله آوروپا موسیقی سی ، دراماتورگی یاسی (dramaturgiyası) ، پوئزیا (poeziya) و فلسفه سینین اساس الهام منبع ینه چئوریلیر.

Yohan Volfqanq Höte
Yohan Volfqanq von Höte (alm. Johann Wolfgang von Goethe, 28 avqust 1749 – 22 mart 1832) – alman şair-dramaturqu, mütəfəkkir və naturalisti.

Həyatı

Yohan Volfqanq Höte qədim alman ticarət şəhəri olan Frankfurt-Maynda, varlı burger Yohann Kaspar Hötenin (1710-1782) ailəsində dünyaya gəlib. Atası imperiya məsləhətçisi, keçmiş vəkil, anası şəhər zadəganının qızı olub. Höte evdə yaxşı təhsil alıb. 1765-ci ildə Leypsiq Universitetində təhsilini davam etdirib. 1770-ci ildə Strasburqda dissertasiya müdafiə edərək Hüquq elmləri doktoru elmi dərəcəsi alıb.

Yaratdığı iki hissədən ibarət ölməz Faust dram-poeması dünya ədəbiyyatının ən gözəl nümunələrindən biri sayılır. Hötenin digər məşhur əsərlərinə çoxsaylı şer-poemaları – “Vilhelm Meysterin təhsil illəri”, “Gənc Verterin iztirabları” adlı məktub-romanı, “Seçmə oxşarlıq” adlı qismən avtobioqrafik romanlarını misal göstərmək olar.

Höte alman ədəbiyyatının və XVIII əsrin sonu – XIX əsrin əvvəllərində Almaniyada Veymar klassisizmi hərəkatının ən önəmli simalarından biri idi. Veymar hərəkatı o dövr Avropa və Almaniyada İntibah, Sentimentallıq, “Tufan və Həmlə” (Sturm und Drang) və Romantizm ədəbi-fəlsəfi cərəyanları ilə eyni dövrdə baş vermişdir.

Faust və Rənglərin Nəzəriyyəsi əsərlərində Höte bitkilərin morfologiyasına dair elmi fikirləri ilə Darvinə ciddi təsir göstərmişdir. Höte yaradıcılığı sonralar ümumilikdə Avropa musiqisi, dramaturgiyası, poeziya və fəlsəfəsinin əsas ilhamverici qüvvəsinə çevrilir.

Höte Şərq mövzusundakı əsərlərində qəzəl formasından istifadə etmişdir.

Hermann Hesse
Hermann Hesse alman-isvez yazıçısı, şairi və rəssamı olmuşdur.

O 1877-ci il Almaniyada Kalv şəhərində anadan olmuşdur. 1923-cü ildə İsveçrə vətəndaşlığını qəbul etmişdir. 1946-cı ildə ” Muncuq oyunu” əsərinə görə Nobel mükafatına layiq görülmüşdür. Eyni zamanda dünya üzrə məşhur əsərləri aşağıdakilardır: “Steppenwolf-Yalquzaq”,”Knecht”, “Peter Kamenzid”, “Narziss und Goldmund”və.s. Bu əsərlərdən “Yalquzaq” və “Knext” Azərbaycan Dillər Universitetinin dosentləri Vilayət Hacıyev və Çərkəz Qurbanov tərəfindən Azərbaycan dilinə tərcümə olunmuşdur.

1955-ci ildə o „Pour le Mérite” medalı ilə təltif edilmişdir.

Herman Hesse 9 avqust 1962-ci ildə uzun sürən lekomiya xəstəliyindən sonra yataqda vəfat edir və iki gün sonra Gentilianoda dəfn edilir.

Henrix Heyne
Kristian İohan Henrix Heyne (almanca: Christian Johann Heinrich Heine, transkripsiya: Kristian Yohan Haynrih Hayne) XIX əsr alman şairi və jurnalisti, “sonuncu romantik şair”.

Heyne gündəlik alman dilini inkişaf etdirərək, onu lirik bir səviyyəyə çatdırmış, felyeton və səyahət xəbərlərini ədəbi şəkildə təsvir etməklə alman dilinin aydın və sadə şəkildə formalaşmasına töhfə vermişdir. Heyne eyni zamanda tənqidçi, siyasi jurnalist, esseist, satirik və polemikaçı kimi də o tanınırdı. Bu gün o, ən çox tərcümə olunan alman şairlərindən hesab edilir.

Uşaqlığı və təhsili

Henrix Heyne

Henrix Heyne

Doğumu

13 dekabr, 1797

Düsseldorf, Fransa

Vəfatı

17 fevral, 1856

Paris, Fransa

Heyne Düsseldorf şəhərində yəhudi tacir Samson Heynenin (1764 – 1828) və Betti Heynenin ilk övladı kimi dünyaya gəlmişdir. İlk təhsilini yerli katolik liseydə almış və burada da balaca Henricdə xristian dininəə rəğbət yaranmış və bu rəğbət onu bütün həyatı boyu izləmişdir. Fransızlarla müharibə zamanı böyük vətənpərvərlik ruhunda olan gənc Henrix Napoleonun məğlubiyyətindən sonra məyusluğa uğrayır, çünki müharibədən sonra onun vətənində qalib prussiyalıların feodal qayda-qanunlarını bərpa etməklə yanaşı, Napoleonun yəhudilərə verdiyi dini və digər azadlıqlar ləğv etmişdilər.

Heynenin valideynləri oğullarını Napoleon ordusunun generalı kimi görmək istəsələr də, məğlubiyyətdən sonra onlar onun üçün tacir peşəsini seçirlər.1816-cı ildə o milyonçu əmisi Solomon Heynenin yanına ticarət işini öyrənməyə yollanır. Ancaq gənc Heyne nə yerli ticarətdə, nə Frankfurt-Maynda heç bir ümid verici fəaliyyət göstərmir. Bu arada artıq Heyne özünü şair kimi tanımış və ticarət işindən uzaq olduğunu anlamışdı.

Bu dövrdə yazdığı və əsas əmisi qızı Amaliyaya olan nakam məhəbbətindən bəhs edən şeirləri və məktubları dəhşət romantikasından bəhs edirdi. Onun üçün sonrakı romantizm motivləri məhəbətt-ölüm, ikilik, dəhşətli yuxular və s. səciyyəvi idi.

Hayne gənc yaşlarında

Haynenin anası Betti

Henrixdən heç bir ticarətmi alınmayacağını görən qohumları tezliklə ona universitetdə təhsil almağa imkan yaradırlar. 1819-cu ildə o Bonn şəhərində Şleqelin “Alman dilinin tarixi və poeziya” mövzusunda mühazirələrini dinləyir. Bununla da Şleqel Heynenin romantik meyillənməyə sövq etməsinə təsir göstərir. Heynrix Heyne Bayronun şeirlərini tərcümə edir və eyni zamanda romantik stilin incəliklərinə yiyələnir. O romatizm haqqında məqalələr yazır. Sonralar Bonnda daha bir müəllimi Morits Arndt da onun şairlik yolunu seçməsində önəmli rol oynayır.

Bonnda olarkən tələbə cəmiyyətlərində iştirak edir, liberal və milli axınlara qoşulur. Bunun səbəbi hələ o dövrdə zəif olan Almaniya idi.

1820-ci ildə Heyne Qöttingen şəhərindəki universitetə gedir. 1821-ci ildə o, bu universiteti duel əhvalatına görə tərk etməli olur. Heyne o dövrdə Almaniyada yəhudilərə qarşı olan münasibətə görə öz əslini gizlətməyə çalışan Heyne onu yəhudi olduğuna görə təhqir edən tələbə yoldaşını duelə çağırır. Bundan xəbər tutan Universitet onu təhsildən tam xaric edir, qarşı tərəfi isə bir semestr təhsildən kənarlaşdırır.

Henrix Heyne nəticədə Berlinə köçməli olur. O burada 1821-1823-cü illərdə filosof Hegelin yanında təhsil alır. Bu müddətdə Heyne şəhər ədəbi dairəsi ilə kontakt yaradır və orada Varnhaqen ailəsi ilə tanış olur. Xanım Rahel və onun əri Karl Varnhaqen fon Ensenin onun şair kimi yetişməsində böyük rolları olur. Onlar Haynenin ilk ədəbi əsərləri haqqında müsbət fikirlər söyləyirlər. Varnhaqen fon Ense vəfatına kimi Hayne ilə məktub əlaqəsində olur. Berlində olduğu müddətdə 1822-ci ildə onun şerlər kitabı, 1823-cü ildə isə “Fəlakət” kitabı çapdan çıxır.

1822-ci ildə Hayne Berlindən Poznan şəhərinə səyahət edir. O, burada ilk dəfə olaraq İudaizmin Hassidi cərəyanı ilə yaxından tanış olur. Bu Hayneni heyran etsə də, o özünü yəhudi varlığı ilə identifikasiya edə bilmir. 1823-cü ildə xristian dinini qəbul etməzdən əvvəl o dostu İmmanuel Vohlvilə yazmışdır:”Mən nə uzun saqqal gəzdirməyə qadir deyiləm ki, məni yəhudi keşişi deyə çağırsınlar, və nə də mən oruc tutabilmərəm”

Xristian dinini qəbul etməsi

1825-ci ildə Qöttinqendə Heyne hüquq üzrə doktor elmi dərəcəsi alır. Hüquqşünas kimi böyük nailiyyətlər əldə etmək üçün o protestant kilsəsində o xristianlıq dinini qəbul edir və adının önünə “Kristian” adını əlavə edir. O bunu gizli saxlamağa çalışır. O keşişin evində kirvədən başqa heç kim olmasın. O bu dinin qəbul edilməsini avropa mədəniyyətə ayaq basmaq üçün edilən formal addım kimi qiymətləndirirdi. Ancaq o sonralar görür ki, buna baxmayaraq o bu “yad mədəniyyətdə” istədiyi kimi qəbul edilmir.

Bu onunla şair Platten arasında olam münaqişәdә özünü daha aydın bürüzә verir. O Heynəyə yəhudi əsilli olmasına görə hücum edir. Hətta bu münaqişə Plattenin yazdığı teatr səhnəsinin mövzusuna çevrilir. Heyne bu hәmlәlәrdәn özünü müdafiə etməyə çalışır. O bu kampaniyanı onun Münxen Universitetindә professor vəzifəsi almasının qarşısını almağa yönəldiyini qeyd edir.

Henrix ilə Platten arasında olan bu çəkişmə ədəbi formada davam etdirilir və onların bir-biri haqqında yazdıqları şeirlərdə özünə yer alır. Nəticədə Heyne almaniyada hüquqşünas kimi çalışmaq cəhdi boşa çıxır. Beləliklə, xristian dinin qəbul edilməsi ona heç bir uğur gətirmir. O sonra 9 yanvar 1826-cı ildə Mozes Mozerə yazır:” Mən xristian dinini qəbul etdiyimә görə peşmanam, mən bundan sonra özümü daha da pis hiss edirəm, uğursuzluqdan başqa mənə heç nə nəsib olmur.” Bundan sonra o həyatı üçün lazım olan maliyyə vəsaitini, o dövr üçün qeyri-adi olan yazıçılıqla qazanır.

Onun yaradıcılığını tədqiq edən bütün mütəxəssislər yəhudi əsilli olmasının Henrix Heynenin həyatında və şairliyində böyük əhəmiyyət kəsb etməsindən yazırlar. O hələ Berlində təhsil alarkən yəhudi icması ilə əlaqədə olur. İudaizm motivi onun xristian dinini qəbul etməsindən sonra qabarsa da, bu məsələ onu həyatı boyu müşayiәt etmişdir.

Heynenin Fransaya köçmə səbəblərinin kökündə də siyasi problemlərdən çox onun mənşəyi durduğu vurğulanır. Heyne alman cəmiyyətində yәhudi kimi izolyasiya olunmuşdur.[1]

İlk ədəbi nailiyyəti

“Su pərisi”nə qoyulmuş heykəl, St. Goarshausen

Onun ilk şeirləri artıq 1816-cı ildə Hamburqda olarkən Froydhold Rizenharf (Freudhold Riesenharf) təxəllüsü ilə çap olunmuşdur. H.Heyne kimi onun ilk şeiri 1821-ci ildə Berlində işıq üçü görür.1824-cü ildə 33 şeirdən ibarət topluda Heyneni məşhur edən əsərlər də (Su pərsi) özünə yer tapır. Həmin il Vaymara çox hörmət etdiyi Volfqanq fon Qötenin yanına gedir. Hələ iki il öncə o Qöteyə ilk şeirlər kitabını onun haqqında yazdığı giriş sözləri ilə göndərmişdir. Görüş Heyne üçün məyusedici şəkildə keçir. Çünki, o bu görüşdə özünü solçu, təbii göstərsə də Qöte ondan mədəni şəkildə məsafə saxlamağa çalışır.

1826-ci ildə Heyne “Harça səyahət” adlı kitabını çap etdirir. Bu ona böyük uğur gətirir. Həmin il onun Hoffman və Kampe nəşriyyatı ilə iş əlqəsi yaranır. Bundan sonra Yulius Kampe Heynenin vəfatına qədər onun əsərlərini çap edən şəxs kimi qalır. O 1827-ci ildə Heynenin şöhrətinin əsası sayılan Lirik mahnılar məcmuəsini çap edir. Burada romantik, çox vaxt xalq dilində yazılmış şeirlər heç də yalnız o dövrün hisslərinə toxunmurdu.

Heyne çox vaxt şeirlərində siyasi motivləri də ironik şəkildə təsvir edirdi. 1827-28-ci illərdə o Londona və İtaliyaya səfəri zamanı gördüklərini “Səyahət tәәssüratları” əsərində çap etdirir. “Le Grand” kitabında Heyne Napoleona olan rəğbətini açıqlayır və fransız inqilabının nailiyyətlərindən söhbət açır. 1827-ci ildə onun əsərlərinə Almaniyada yasaq qoyulmuşdur. Artıq 1830-cu illərdə Heyne Almaniyada və Avropada istedadlı şair kimi ad qazanmışdır.

Paris həyatı

Siyasi baxışlarına görə Prussiyada Heyneyə qarşı artan təzyiqlər nəticəsində o 1831-ci ildə Fransa inqilabından sonra Parisә köçür. Burada Heynenin yaradıcılığında ikinci mərhələ başlayır. Parisdə yaşadığı müddətdə o almaniya üçün darıxır. Bunu onun şeirlərindən görmək olur:

Ich hatte einst ein schönes Vaterland.

Der Eichenbaum

Wuchs dort so hoch, die Veilchen nickten sanft.

Es war ein Traum.

Das küßte mich auf deutsch und sprach auf deutsch

(Man glaubt es kaum

Wie gut es klang) das Wort: „Ich liebe dich!“

Es war ein Traum.[2]

Bir başa tərcüməsi:

Mənim gözəl ana vətənim vardı,

Orada hündür palıd ağacları bitərdi,

Ağaclardan yarpaqlar yumşaq yellənərdi,

Bu bir yuxu idi.

Məni alman dilində öpərdilər və almanca

(Adamın heç inanmağı gəlmir, bu necə də gözəl səslənirdi)

deyərdilər: “ Mən səni sevirəm!”

Bu bir yuxu idi”.

O iki dəfə ana vətəninə baş çəkmək imkanına malik olur. 1833-cü ildə Prussuya və 1835-ci ildə Frankfurt federal parlamentin qərarı ilə onun əsərləri qadağan olunduqqdan sonra Heyne üçün Paris əsl eksilə çevrilir.

Parisə Heyne əsasən “Augsburger Allgemeinen Zeitung” qəzetinin xarici müxbiri kimi çalışırdı. Buradan aldığı pul onun yeganə gəlir mənbəyi idi. 1833-cü ildə onda xəstəliyinin ilk simptomları üzə çıxır, baş ağrıları, bəzi qabiliyyətlərinin məhdudlaşması, görmə qabiliyyətinin zəifləməsi onu ömrünün sonunda 8 il yatağa məhkum edir. Ancaq ona qədər o ömrünü Parisə maraqlı keçirməyə çalışır. Heyne, Parisdə avropanın məşhur şəxsiyyətləri ilə (bunların arasında Duma, Humbolt kimi şəxslər var idi) tanış olur.

Evlənməsi və Almaniya səyahətləri

Heynenin həyat yoldaşı Matilda

1841-ci ildə Heyne St. Sulpise kilsəsində özünün Matilda adlandırıdğı keçmiş ayaqqabı satıcısı Auqustine Kresçense Mirat ilə evlənir. Heyne 18 yaşlı Matilda ilə hələ 1833-cü ildə tanış olmuşdur və ehtimal olnur ki, 1834-cü ildən onunla birlikdə yaşayırdı. Toy mərasimi katolik ənənəsinə görə aparılır. O yəhudi mənşəyini uzun müddət gizlətmişdir. Onun dostlarından Karl Marks və Fridrix Engels belə aşağı təbəqədən olan çılğın bir qızla evlənməyi məsləhət görmürlər. Heyne isə onunla yəqin ona görə evlənir ki, Matilda onun malik olduğu intellektual mühitə rәngarәnglik gətirirdi. Evlənməmişdən əvvəl Heyne qızın təhsil alması üçün köməklik göstərməyə cəhd edir. Matilda isə özünə inamı olan bir qız olduğundan Heynenin tərbiyələrindən imtina edir.

Onlar evlənəndən sonra həyatları turbulentli keçir. Ancaq Heyne Matildanın alman dili bilməsə də onu çox dәyәrlәndirirdi. Matilda Heyne haqqında demişdir: Mənim ərim həmişə şeir yazır, ancaq mən inanmıram ki, onların zərrə qədər də dəyəri vardır, çünki o bunlarla razı deyil.” Bu Heynenin fikrincə ona dəlalət edirdi ki, Matilda onu şair kimi yox insan sevirdi.

Onların bu nigahdan övladları olmamışdır. Matilda ərinin ölümündən sonra xeyli yaşayır və 1883–cü ildə vəfat edir.

Heyneni Almaniya ilə bağlayan təkcə orada baş verən siyasi problemlər olmayıb, həm də atasının vəfatından sonra tək qalmış anası idi. O 1843-cü ildə anasına həyat yoldaşını təqdim etmək və eyni zamanda həsrətində olduğu vətəninə səyahətə çıxır. Bu zaman yol boyu gördüklərini Heyne “Almaniya. Bir qış nağılı” adlı şeirində satirik şəkildə dövlət, kilsə və cəmiyyətdə olan münasibətləri təsvir edir. Onun bu şeirində Marksın, Lassalın sosialist ideyaları özünə yer almışdır.

Siyasi fəaliyyəti

XİX əsrin 40-cı illәrindә Heynenin siyasi baxışları radikallaşmağa başlayır. O sənaye inqilabı sayəsində yaranmış yeni fəhlə təbəqəsinin problemlərini görən ilk alman şairlәrindәn idi. Buna münasibətini bildirən şair 1844-cü ildə “Sileziya toxucuları” şerini yazır. O toxucular üsyanından təsirlənir. Heynenin bu şeri Karl Marks tərəfindən buraxılan İRƏLİ!-də çap olunur və 50000 ədəd vərəq şəklində çoxaldılaraq fəhlələr arasında paylanır. Bu şeir Prussiya şahı IV Friedrich Vilhelm tərəfindən kəskin tənqid edilir və o Almaniyada qadağan edilir. 1846-cı ildə onun bu şeirini camaat arasında söyləməyə çalışan bir şəxs həbs edilir. 1844-cü ildə Heyneni ilə Parisdə tanış olan Fridrix Engels onun şeirini ingilis dilinə tərcümə edir və həmin ili „The New Moral World“də çap etdirir.

Bir demokrat kimi Heyne liberal hərəkətə yaxın idi. 1848-ci ildə inqilab xəbəri bütün Avropanı bürüdükdə onun səhhəti artıq pisləşmişdir. O Parisdə baş verən fevral inqilabını böyük şübhə ilə müşahidə edirdi və bunu ” universal anarxiya, dünya qarışıqlığı, aydın görünən ağılını itirmə” adlandırırdı.

Həmin ilin martında Almaniyada baş verən inqilab ölkədə siyasi proseslərə təsir edir, vahid alman dövlətinin yaranması ilə nəticələnir. Ancaq tezliklə ölkədə yaranmış respublika-demokrat dövlət quruluşu yeni yaranmış parlamentdə azlıq şəklində qalır. Ümumi alman parlamenti adı altında monarxiyanın saxlanmasını Heyne siyasi cәhәtdәn mümkün olan şey saymır.

Almaniyada baş verən bütün siyasi proseslər Heynenin şeirlərində özünə yer tapırdı.

Xəstəliyi və vəfatı

Xəstə Heyne yataqda, 1851

Onun xəstəliyi artıq 1845-ci ildən güclәnmәyә başlamışdır. Əmisi Solomonun vəfatından sonra ona vəd etdiyi aylıq pul almaq üzrə gedən çəkişmələr onun sağlamlığına mənfi təsir göstərmişdir. 1847-ci ildə o qohumları ilə əlverişli razılaşma əldə edir. Heynenin sağlamlığı artıq bu dövrdə sual altında idi. Müxtәlif kurortlara getmәsinә baxmayaraq o heç bir irəliləyişə nail ola bilmir.

1848-ci ildə Heynenin səhhəti kəskin pisləşir. Əsəblərindən әziyyәt çəkən şair yatağa düşür. Yataqda olduğu illəri o “Yataq qəbri (Matratzengruft)” adlandırır. Heyne özünün sifilis xəstəliyinə tutulmasını desə də, onun vəfatından sonra evində olan sənədlərin araşdırılması daha çox vərəm xəstəliyinin əlamətlərini göstərmişdir.

1848-ci ildə ona baş çəkən Engels Heynenin vəziyyətinin çox pis olduğunu yazmışdır. Heyne xəstə olduğu müddətdə də öz yaradıcılığını davam etdirmişdir. O şeirlərini diktə edərək yanındakı katibəsinin köməyi ilə kağıza köçürdürdü. Bu çətin şәraitә baxmayaraq o 1851-ci ildə “Romaserro” və 1854-cü ildə siyasi məzmunlu “Qarışıq yazılar” şeirlər kitablarını çap etdirir.

17 fevral 1856-cı ildə Heyne vəfat edir. O Parisdə Monmartr qәbiristanlığında dəfn edilir. 27 il sonra vəfat edən həyat yoldaşı Matilda da şairin vəsiyyətinə əsasən orada dəfn olunur.

Əsərləri

1821: Şeirlər

1823: Lirik intermetsio ilə yanaşı fəlakətlər

1824: Otuz üç şeir

1826: Səyahət təəssüratları (Reisebilder. Erster Teil)

1827: Mahnılar kitabı (Buch der Lieder)

1830: Səyahət təəssüratları. Üçüncü hissə (Reisebilder. Dritter Teil)

1832: Fransız durumları(Französische Zustände)

1833: Şikayətlər haqqında. Salonun üçüncü hissəsinə giriş sözü. (Über den Denunzianten. Eine Vorrede zum dritten Teil des Salons)

1834: Salon. Birinci hissə. (Der Salon. Erster Teil)

1835: Salon. İkinci hissə (Der Salon. Zweiter Teil)

1836: Salon. Üçüncü hissə (Der Salon. Dritter Teil)

1836: Romantik məktəb (Die romantische Schule)

1838: Şvabiya güzgüsü (Der Schwabenspiegel)

1839: Şekspirin qızları və qadınları (Shakespeares Mädchen und Frauen)

1840: Lüdviq Börne (Ludwig Börne. Eine Denkschrift)

1844: Yeni şeirlər (Neue Gedichte)

1847: Atta Troll (Atta Troll

1851: Romansero (Romanzero) və Doktor Faust. Rəqs poeması( Der Doktor Faust. Ein Tanzpoem)

1854: Qarışıq yazılar. (Vermischte Schriften)

1857 Fəlakət (Tragödien)

1869 Son şeirlər və düşüncələr (Letzte Gedichte und Gedanken)

1884 Memuarlar (Memoiren)

1892 Henrix Haynenin ailə həyatı (Heinrich Heines Familienleben. 122 Familienbriefe des Dichters und 4 Bilder)[UB Bielefelddə elektron şəklində]

Qeydlər

↑ Marcel Reich-Ranicki: Der Fall Heine, Stuttgart 1997, S. 103

↑ aus: Neue Gedichte, zit. nach DHA, Bd. 6, S. 73

Mənbələr

Wolfgang Hädecke: Heinrich Heine – Eine Biographie, Rowohlt, Reinbek 1989, ISBN 3-499-15975-9

Jan-Christoph Hauschild/ Michael Werner: Der Zweck des Lebens ist das Leben selbst. Heinrich Heine. Eine Biographie, Kiepenheuer & Witsch, Köln 1997; aktualisierte Neuausgabe 2005 bei Zweitausendeins, ISBN 978-3-86150-739-0

Lew Kopelew: Ein Dichter kam vom Rhein. Heinrich Heines Leben und Leiden. Vom Autor gemeinsam mit Edith Kaiser überarbeitete Neuausgabe (dt. EA: Berlin 1981), dtv, München 1986

Ralf Schnell: Heinrich Heine zur Einführung, Junius, Hamburg 1996, ISBN 3-88506-930-X

Bernd Kortländer: Heinrich Heine, Reclam, Stuttgart 2003, ISBN 3-15-017638-7

Fridrix Şiller
İohan Xristof Fridrix fon Şiller (alm. Johann Christoph Friedrich von Schiller, 10 Noyabr 1759, Marbax, Almaniya — 9 May 1805, Veymar, Almaniya) – alman şairi, filosof, tarixçi və dramaturqu, alman romantik ədəbiyyatının nümayəndəsi.

Ömrünün son illərində İohan Volfqanq Höte ilə çox məhsuldar, lakin bir qədər mürəkkəb dostluq münasibəti qurur. Bu yaradıcılıq münasibətləri iki dahi ədibin öz estetik dünya görüşlərıni müzakirə və mübadilə etməsinə, Hötenin yarımçıq buraxdığı bir çox əsərlərini tamamlamasına imkan yaradır. Bu ədəbi-fəlsəfi münasibətlər sonralar alman ədəbiyyatında Veymar klassisizmi adlanacaq bir dövrün əsasını qoyur. Şiller Höte ilə birgə estetik dünya görüşlərinə düşmən kəsilmiş filosoflara cavab olaraq “Yadlar” (“Die Xenien”) adlı qısa, lakin çox kəskin satirik poemalar məcmuəsini yazır.

Həyatı

Fridrix Şiller

Şiller 1759-cu il noyabrın 10-da Almaniyanın Marbax şəhərində hərbi feldşer İohan Qaspar Şillerin (1723-1796) ailəsində dünyaya göz açmışdır. Uşaqlıq və gənclik illəri yoxsulluq içində keçmiş, bununla belə kənd məktəbində təhsil ala bilmişdir. Bilik və istedadı ilə 1783-cü ildə Vürtenberq hersoqunun diqqətini cəlb edən Şiller nüfuzlu hərbi akademiyaya daxil olmaq imkanı əldə edir. Burada özünü ilk öncə hüquqşünaslıq, daha sonra isə tibb elminə həsr edir. Şiller hələ məktəbdə oxuduğu illərdə özünün “Oğrular” adlı, sadəlövh inqilabçılar və onların faciəvi sonluqlarından bəhs edən ilk pyesini qələmə alır.

1780-ci ildə Şiller Ştutqartda hərbi alay həkimi vəzifəsinə təyin edilir.

“Quldurlar” pyesinin 1781-ci ildə Manheymdə tamaşaya qoyulmasından sonra, Şiller hərbi tribunala verilir və ondan bir daha yazmamaq tələb olunur. Şiller 1873-cü ildə Ştutqartdan qaçır. Qaçışdan əvvəl qələmə aldığı iki pyesi – “Fiesko” və “Məkr və məhəbbət” də Manheym teatrında səhnəyə qoyulur.

1787-ci ildə oxucularından birinin dəvəti ilə qonaq qaldığı Drezden şəhərini tərk edir və 1789-cu ilə qədər Veymarda yaşayır. Həmin il Yena universitetində tarix və fəlsəfə fakültəsinə professor təyin edilir, 1790-cı ildə isə Şarlotta fon Lengefeld adlı qadınla evlənir. Bu nigahdan Şillerin iki oğlu və iki qızı dünyaya gəlir.

1799-cu ildə yenidən Veymara qayıdaraq yerli messenatların maliyyə dəstəyi ilə bir neçə ədəbi jurnalın nəşrinə başlayır. Məhz bu illərdə Şiller Höte ilə görüşür. Onlar tezliklə sonradan Almaniyanın ən aparıcı teatrlarından birinə çevriləcək Veymar teatrını yaradırlar. Şiller ömrünün sonuna qədər Veymarda qalır ömrünün son illərini ağır və üzücü xəstəliklərlə mübarizədə keçirir və 9 May 1805-ci ildə 45 yaşında vərəm xəstəliyindən vəfat edir.

Şairin 1785-ci ildə yazdığı dünya şöhrətli “Şadlığa mədhiyyə” əsərinə sonralar dahi alman bəstəkarı Lüdviq van Bethoven musiqi bəstələyir. Bu musiqi əsəri hazırda Avropa İttifaqının rəsmi himnidir.

Əsərləri

“Quldurlar” (1781)

“Fiesko” (1784)

“Məkr və məhəbbət” (1783)

“Don Karlos” faciəsi (1787)

“Vallenşteyn” (1800)

“Orleanlı qız” (1801)

“Mariya Stüart” (1800)

“Messinalı gəlin” (1803)

“Vilhelm Tell” xalq dramı (1804)

“Dimitriy” (ölümü səbəbindən yarımçıq qalmışdır)

Məşhur kəlamlarından

Dil millət üçün bir güzgüdür, biz bu güzgüyə baxdıqda özümüzün böyük bir şəklini görürük .

İnsanın insaniyyəti onun ana dilinə olan münasibətində aydın görünür.