Vudi Allen (Allen Stüart Koniqsberq, d. 1 dekabr, 1935, Nyu-York) Amerika kino rejissoru, ssenari müəllifi, aktyoru və prodüseri. Yəhudi ailəsində doğulmuşdur. İlk filmi (“Nə Olub, Pələng Səhləbi?“) 1966 ildə çəkdi. Həmçinin pyeslərin (“Suyu içməyin”, “Üzən kiçik lampa” və s.) və hekayələr məcmuələrinin müəllifidir. 1977 ildə “Enni Holl” çəkdiyi filmi üç Oskar mükafatı qazandı. 1985 ildə [...]
