Az-Wikipedia - Azərbaycan Ensiklopediyası » Fiziki şəxslər üçün qoşulma qaydaları

Fiziki şəxslər üçün qoşulma qaydaları
Azercell abonenti kim ola bilər?

Azercell Telekom MMC-nin abonenti aşağıdakı şəxslər ola bilərlər:

18 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşları.

Xarici vətəndaşlar, müvafiq xarici ölkənin vətəndaşlıq pasportu və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbinin qeydiyyata alınması haqqında vəsiqə (qüvvədəolma müddəti keçməmiş).

Vətəndaşlığı olmayan şəxslər, Azərbaycan Respublikası hüdudlarında istifadə edilməsi üçün 16 yaşına çatdıqdan sonra, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi.

16—18 yaşında vətəndaşlar, aşağıdakı şərtlərlə:

əmək müqaviləsi ilə işləyirlərsə (işə götürənin rəsmi arayışını təqdim etməlidirlər);

sahibkarlıqla məşğul olurlarsa (valideynlərinin və ya qəyyumlarının bu barədə notarial qaydada təsdiq edilmiş rəsmi razılığını təqdim etməlidirlər).

18 yaşına çatanadək nikaha girmiş vətəndaşlar nikah haqqında şəhadətnaməni təqdim etməlidirlər.

14 yaşından 18 yaşınadək olan şəxslər, abonent olmaq üçün müqaviləni yalnız öz qanuni nümayəndələrinin (valideynlərinin) və ya rəsmi qəyyumun razılığı ilə bağlaya bilərlər. Bunun üçün notarial qaydada təsdiq edilmiş rəsmi razılıq təqdim olunmalıdır.

Aşağıda fiziki şəxslərdən tələb edilən sənədlərin siyahısı verilir. Hüquqi şəxs və təşkilatlardan tələb edilən sənədlərin siyahısılə siz «Hüquqi şəxslərin qoşulma qaydaları» bölümündə tanış ola bilərsiniz..

Abonent olmaq üçün zəruri sənədlər

Azərbaycan vətəndaşları üçün

18 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Abonent olmaq istəyən 14—16 yaşında şəxslər Doğum Haqqında Şəhadətnamə və valideynlərin (və ya rəsmi qəyyumun) notarial qaydada təsdiq edilmiş rəsmi razılığını təqdim etməlidirlər.

Abonent olmaq istəyən 16—18 yaşında şəxslər Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi və valideynlərin (və ya rəsmi qəyyumun) notarial qaydada təsdiq edilmiş rəsmi razılığını təqdim etməlidirlər.

Şəxsiyyətin vərəqəsi olmadığı halda müvəqqəti verilmiş Şəxsiyyətin vərəqəsini təqdim etmək olar.

Həqiqi hərbi xidmətdə olan (hərbi xidmətdən ehtiyat/istefaya buraxılmamış) hərbi qulluqçulardan zabitlər “Zabitin şəxsi vəsiqəsi”ni təqdim edə bilərlər.

SimSim nömrələrinin təsisi zamanı, aşağıda göstərilən sənədlərin də təqdim edilməsi mümkündür:

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən verilən və qüvvədə olan xidməti vəsiqə;

Daxili İşlər Nazirliyi tərəfindən verilən və qüvvədə olan xidməti vəsiqə;

Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən verilən və qüvvədə olan xidməti vəsiqə;

Azərbaycan Respublikası vətəndaşının xarici pasportu (həmçinin, Azərbaycan Respublikası vətəndaşının Diplomatik və ya Xidməti pasportu);

Azərbaycan Respublikası vətəndaşının sürücülük vəsiqəsi (etibarlılıq müddəti keçməmiş).

Qeydlər: Fakturalı Xətt sistemində nömrə təsis edilərkən, həmçinin də SimSim nömrəsi Fakturalı Xətt sisteminə keçirilərkən bu yarımbənddə göstərilmiş istisnalar mümkün deyil.

Azərbaycan Respublikasının vətəndaşlarının şəxsiyyət vəsiqələri 16, 25, 35, 50 yaşlarına çatdıqda dəyişdirilir. Abonent tərəfindən təqdim edilən şəxsiyyət vəsiqələrinin qüvvədə olduğu müddət yoxlanılmalıdır və qüvvədəolma müddətinə uyğun qəbul edilməlidir.

Xarici vətəndaşlar üçün

Xarici vətəndaşlar aşağıdakı sənədlərdən birini təqdim etməlidirlər:

Diplomatik pasport (və ya Diplomatik vəsiqə və ya Xüsusi pasport/vəsiqə) və bank və ya hər hansı bir hüquqi şəxs (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçməsini təsdiq edən şəhadətnamənin surətinin təqdim edilməsi şərti ilə) tərəfindən verilmiş zəmanət məktubu.

Müvafiq xarici ölkənin vətəndaşlıq pasportu və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbinin qeydiyyata alınması haqqında vəsiqə (qüvvədəolma müddəti keçməmiş) və bank və ya hər hansı bir hüquqi şəxs (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçməsini təsdiq edən şəhadətnamənin surətinin təqdim edilməsi şərti ilə) tərəfindən verilmiş zəmanət məktubu.

Yalnız SimSim nömrələrinin təsisi zamanı, xarici vətəndaş tərəfindən Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbinin qeydiyyata alınması haqqında vəsiqənin, (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçməsini təsdiq edən şəhadətnamənin surətinin təqdim edilməsi şərti ilə) zəmanət məktubunun təqdim edilməsi zəruri deyil.

Vətəndaşlığı olmayan şəxslər

Azərbaycan Respublikası hüdudlarında istifadə edilməsi üçün 16 yaşına çatdıqdan sonra Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi.